Dünya
İrəvanın mərkəzində etiraz aksiyası
Namaz vaxtı məscid bombalandı
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq
Virtual reallıq qurğularını dəstəkləyən güclü noutbuk təqdim edilib
Məhsuldar kompüterləri ilə tanınan “Eurocom” şirkəti yeni “Sky X9E3” noutbukunu təqdim edib. “Oculus Rift” və “HTC Vive” kimi virtual reallıq (VR) qurğuları üçün hesablama modulu qismində istifadə edilməsi yeni noutbukun əsas özəlliyidir. Bunun üçün istehsalçı noutbuka 8 QB-lıq videoyaddaşa malik güclü “Nvidia GeForce GTX” video kartı quraşdırıb. Noutbuk maksimum konfiqurasiyada 4,2-4,5 QHs-dək takt tezlikli “Intel Core i7-7700K” (“Kaby Lake” arxitekturası) prosessoru ilə təchiz edilib. İstifadəçinin istəyindən asılı olaraq noutbuka “Windows 10”, “8.1” və “7” əməliyyat sistemi quraşdırıla bilər.
Oğurlanmış “iPhone” və “iPad” qurğularının blokdan çıxarılması üçün üsul kəşf edilib
Tədqiqatçı Brayan Krebs aktivasiyanın bloklanması funksiyası ilə bağlanan “iPhone” və “iPad” qurğularının blokdan çıxarılması üçün üsul kəşf edib.
Yeni “ağıllı” stol bildirişlər və zənglər barədə informasiyanı stolun üstündə göstərir
Yaponiyanın "Panasonic" şirkəti bu yaxınlarda Frankfurtda keçirilən konfransda ABŞ-da "CES 2017" sərgisi çərçivəsində nümayiş olunan "ağıllı" stol konsepti barədə yeni məlumatlar açıqlayıb. İnduksiyalı, proyeksiyalı və digər texnologiyalardan istifadə Yaponiya mühəndislərinə adi mebel əşyasını "Əşyalar interneti"nə çıxış üçün əsl portala çevirməyə imkan verib.
Bu ölkədə çaya insan statusu verdilər
Yeni Zellandiyada Şanqanui adlı çaya hüquqi status verilib. Çaya hökumət tərəfindən müvafiq qaydada hüquqi şəxsin sahib olduğu vəzifə və öhdəliklər verilib.
“Diriliş Ərtoğrul"un ərəb versiyasına rekord baxış - 200 milyon
“TRT 1”də üç mövsümdür ən çox baxılan “Diriliş Ərtoğrul" serialının ərəbcəyə tərcümə edilən bölümleri internetdə izləmə rekordu qırıb. Serial təxminən 200 milyon dəfə izlənilib.
Kənan İmirzalıoğlu ekranlara geri dönür
Aktyor Kənan İmirzalıoğlu ticarət mərkəzlərindən birində görüntülənib. Həyat yoldaşı Sinem Koballa Mayami tətilindən yenicə dönən aktyor jurnalistlərin suallarını cavablandırıb.
ABŞ astronavtları bu azərbaycanlıya borcludurlar
Atasını öldürən 5 yaşlı uşağa anası kömək edib? - ŞOK DETAL
Adanada 5 yaşlı uşağın "oğru-polis" oyunu oynayarkən pnevmatik tüfənglə atasını vuraraq öldürdüyü iddia olunan hadisə ilə bağlı şok detal üzə çıxıb.
Banka hücum: bir neçə nəfər girov götürüldü - YENİLƏNİB
Almaniyanın Duysburq şəhərində banka hücum edən naməlum kişi girovu sərbəst buraxaraq qaçıb.
Ana 3 uşağını yastıqla öldürüb damda gizlətdi
Fransada ana 3 övladını amansızlıqla öldürərək günlərlə evin damında gizlədib. Uşaqların cansız bədənlərini ataları aşkarlayıb. Hadisə ilə bağlı polisə xəbər verib. Hadisə yerinə gələn polislər valideynlərin hər ikisini şübhəli şəxs qismində saxlayıblar. Polisə ifadəsində hər şeyi etiraf edən ana övladlarını yastıqla boğaraq öldürdüyünü və bundan yoldaşının xəbərinin olmadığını qeyd edib. Bu dəhşətli hadisəni niyə törətdiyini isə deməyib. Ata sərbəst buraxılıb.
Dəhşətli SOYUQLAR GƏLİR: Yer nəhəng buzlağa çeviriləcək
Yer kürəsində 5-ci buz dövrü başlayır. Bu barədə geologiya-minerologiya elmləri doktoru Vladimir Polevanov Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, planetdə bu günə qədər baş vermiş dörd buz dövrünün beşincisi də əvvəlkilər kimi bir çox ərazilərdə həyat əlamətini donduracaq.
Pentaqon rəhbəri Trampa müharibə ELAN ETDİ
ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Ceyms Mettisin komandaları arasında Müdafiə Nazirliyində (Pentaqon) əsas vəzifələrə təyinatlar üzrə fikir ayrılıqları ilə əlaqədar qarşıdurma yaşanır.














