Dünya
Beynəlxalq Valyuta Fondunda PARTLAYIŞ
Beynəlxalq Valyuta Fondunun Paris ofisində partlayış baş verib. Bağlamalardan birinin partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Ana qızın qulağını qopardı
Britaniyada qızın qulağını qopardan anaya hökm oxunub. Şimali Linkolnşirdən olan 26 yaşlı Ellis Briar Atersayk 6 il müddətinə azadlıqdan məhrum edilib.
Diktator qardaşının ölümünə görə dörd nəfər beynəlxalq axtarışa verildi
İnterpol KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın öldürülməsində şübhəli bilinən dörd Şimali Koreya vətəndaşının beynəlxalq axtarışı üçün "qırmızı bildiriş" verib. Bu barədə Malayziya polisi bildirib.
Erməni döyüşçülərin ailələri etiraza qalxdılar
Ermənistanda keçmiş Qarabağ döyüşçülərinin ailələri hökumət binası qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Müdafiə Nazirliyi tərəfindən ayrılan aylıq vəsaitin kəsilməsindən şikayətləniblər.
Lavrov: “Ankara ilə əməkdaşlığın bərpası Cənubi Qafqazda sabitliyə xidmət edəcək"
“Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasına digər dövlətlərə zərər verən prosesə kimi baxmağa dəyməz. Rusiyanın gizli gündəmi yoxdur. Biz başqasının maraqlarını pozan, üçüncü ölkəyə qarşı olan siyasi və ya iqtisadi alyans yaratmırıq". Bunu Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"
Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib. O, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.
Sarkisyanla müdafiə naziri arasında ziddiyyət
Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Vigen Sarkisyan kifayət qədər ziddiyyətli bəyanatlar verib. Bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.
"Sağlamdır" deyə xəstəxanadan evə göndərilən 16 yaşlı qız öldü
İngiltərənin Mançester şəhərindəki xəstəxana qalmaqalından sonra bu dəfə də Bristol şəhərindəki "Bristol Royal Infirmary" xəstəxanasının həkimləri məsuliyyətsizlikdə günahlandırılır.
Meksikada yanacaq terminalında partlayış: 8 yaralı
Meksikanın Salamanka şəhəri yaxınlığında "Pemex" neft şirkətinə məxsus yanacaqtoplama və paylama terminalında partlayış baş verib. Bu barədə müəssisənin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Hollandiyalı partiya lideri baş nazir Rutteni hədəfə aldı TƏHDİD
Hollandiyanın “Azadlıq” partiyasının (PVV) lideri Gert Vilders parlament seçkilərində uduzduğunu etiraf edib. Villdersin sözlərinə görə, o belə hesab edirdi ki, partiyası parlamentdə ən aparıcı siyasi təşkilatlardan biri olacaq Partiya lideri buna baxmayaraq, qanunverici orqanda yerlərini artırmağa nail olduğunu da deyib.
Maykl Ceksonun bacısının nikahdankənar qızı peyda oldu
Mərhum Maykl Ceksonun 50 yaşlı bacısı Canet Ceksounun nikahdankənar qızı var imiş. Bu haqda 31 yaşlı Tiffani Uayt adlı qadın “Radar Onlayn”a bildirib. O, Canetlə Ceym Debarqın sevgisinin nəticəsi olduğunu söyləyib.
Ermənistan mediası Azərbaycanın gücünü etiraf edir ŞOK FAKT
Ermənistanın “lragir.am” saytı Serj Sarkisyan-Vladimir Putin görüşünün nəticələri barədə siyasi şərhlə çıxış edib və danışıqlar əsnasında Ermənistanda aprel ayının 2-də keçiriləcək parlament seçkiləri də müzakirə edilib.
Prezidenti qoruyan polislər ZƏHƏRLƏNDİLƏR
Türkiyədə növbəti zəlzələ həyacanı
“iPhone” istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər
İndi “iOS” qurğu istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər. Bu haqda “Google Chrome” mobil brauzerinin yaradıcıları məlumat veriblər.














