Dünya
ABŞ Suriyaya endirdiyi zərbə barədə Rusiyanı əvvəlcədən məlumatlandırıb
ABŞ Suriya aviabazasına zərbə endirməzdən əvvəl Rusiya hərbçilərini xəbərdar edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb. Pentaqon nümayəndəsi rusiyalı hərbçilərlə qurulan təmasa dair təfərrüatları açıqlamaqdan boyun qaçırıb.
Putin açıqladı
Rusiya prezidenti Vladimir Putin Amerikanın Suriyaya endirdiyi raket zərbələrinə dair açıqlama verdi. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Kreml Amerikanın bu addımını dövlətə qarşı hücum kimi qiymətləndirir. Putin ötən gecə ABŞ – ın Suriyaya endirdiyi zərbələrin Rusiya – Amerika münasibətlərinə zərəz verdiyini vurğulayıb.
Tillerson: “Rusiya Suriyada kimyəvi silahların məhv etdirilməsinə dair razılaşmanı icra etməyib”
ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb. Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu, və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib.
Pentaqon: Suriyanın bombalanan bazasında kimyəvi silah olub
ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriyaordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.
Dövlət Departamenti: İdlibdəki insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək
Suriyanın İdlib şəhərindəki kimyəvi silahla bağlı insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək. Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib. “Suriyada bu yaxınlarda baş verən insident münasibətlərə təsir edəcək. Həmçinin, Rusiyanın hadisələrə reaksiyası da bizim mövqeyə təsir edəcək”, - deyə məmur bildirib.
Türkiyə ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyib
Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş ABŞ-ın Suriyarejiminə aid aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib. N. Kurtulmuş Türkiyədəki “Fox TV”yə müsahibəsində bu addımı müsbət qiymətləndirdiklərini deyib: “ABŞ tərəfindən oradakı hərbi bazanın, yəni mülki şəxslərə atəş açıldığı, böyük ehtimalla kimyəvi silahlarla dinc sakinlərin bombalandığı o hərbi bazanın vurulması önəmlidir. Bunu müsbət qarşılayırıq. Amma beynəlxalq ictimaiyyət Əsəd rejiminin barbarlığına qarşı mövqeyini çox konkret şəkildə davam etdirməlidir - o vaxta qədər ki, Əsəd artıq xalqına zərər verə bilməyəcək hala gəlsin. Ona görə də, bu faktı müsbət qarşılayırıq, lakin bunun davamının gəlməsin və Əsəd rejiminin tam cəzalandırılmasının əsas şərt olduğunu düşünürük”.
Suriya hökuməti: Zərbə gözlənilməz oldu, gərginlik artmayacaq
Suriya hökuməti ABŞ-ın raket zərbələrinə rəsmi münasibətini açıqlayıb. Suriyanın informasiya naziri zərbələri məhdud və gözlənilməz adlandırıb. O, gərginliyin artması üçün əsas görmədiyini bildirib.
Nazir: "IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək"
Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilir. İclasda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyanın (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və digərləri iştirak edirlər.
Tramp açıqlama verdi
ABŞ- dan Suriyaya zərbə
“Microsoft” və “Casio” “ağıllı” saatlar istehsal edəcək
“Microsoft” və “Casio” korporasiyaları patent mübadiləsi ilə bağlı saziş imzalayıblar. Şirkətlər yeni “ağıllı” saatların tərtibatında eyni müəllif hüquqlarına malik olacaqlar. “Microsoft” nümayəndələri bildiriblər ki, “ağıllı” saatlar “Casio” içliyinə malik olacaqlar, “Microsoft” vasitəsilə isə istifadəçilər cihazın imkanlarını genişləndirəcəklər. Hazırda bütün detallar ciddi şəkildə sirr saxlanılır. Ancaq istisna deyil ki, yaxın zamanlarda bazarda iki şirkətin iştirakı ilə tərtib edilmiş yeni cihazlara rast gəlmək mümkün olacaq.
Hibrid “yolsuzluq” dronu sınaqdan çıxarıldı
ABŞ-ın “Advanced Tactics” şirkəti ötən ilin noyabrında təqdim olunmuş “Autonomous Panther AT” hibrid pilotsuz uçuş aparatının sınaqlarına başlayıb.
Məşhur aktyorun ölümü barədə ŞOK İDDİA
Türkiyəli aktyor İsrafil Kosanın ölümü ilə bağlı şok iddia yayılıb. 2016-cı ilin 21 avqust tarixində motosikleti ilə dayandığı vəziyyətdə qapısı açılan taksiyə çırpılaraq həyatını itirən aktyor İsrafil Kosanın ölümü ilə bağlı taksi sürücüsünün mühakiməsi başlayıb.
23 min manat qazanmaq istəyirsiz? - İki ay yatmaq lazımdır
Fransızlar 13 min avro (23 min manat) qazanmağın asan yolunu təklif edirlər. Həm də elmə fayda verməklə. Bunun üçün nə işləmək, nə də əziyyət çəkmək lazımdır. Yeganə tələb isə yatmaqdır. Tuluza Kosmik tibb və fiziologiya institutunun alimləri elm xatirinə qeyri-adi təcrübəyə hazırlaşırlar.
Dünya tarixini dəyişdirə biləcək tapıntı - 1800 il yaşı var
Hayfa Universitetindən olan bir qrup İsrailli alim Aralıq dənizindən qədimi daş tapıblar. Mütəxəssislərin hesablamalarına görə, tapıntının təxminən 1800 il yaşı var. Üzərində "yəhudilər" yazılan daşın 600 kq ağırlığında nəhəng abidənin bir hissəsi olduğu güman edilib.














