Məşhur aktyorun ölümü barədə ŞOK İDDİA
Türkiyəli aktyor İsrafil Kosanın ölümü ilə bağlı şok iddia yayılıb. 2016-cı ilin 21 avqust tarixində motosikleti ilə dayandığı vəziyyətdə qapısı açılan taksiyə çırpılaraq həyatını itirən aktyor İsrafil Kosanın ölümü ilə bağlı taksi sürücüsünün mühakiməsi başlayıb.
6 Aprel 2017 19:20 DünyaTürkiyəli aktyor İsrafil Kosanın ölümü ilə bağlı şok iddia yayılıb. 2016-cı ilin 21 avqust tarixində motosikleti ilə dayandığı vəziyyətdə qapısı açılan taksiyə çırpılaraq həyatını itirən aktyor İsrafil Kosanın ölümü ilə bağlı taksi sürücüsünün mühakiməsi başlayıb.
6 ilə qədər həbs cəzası istəyi ilə barəsində iddia açılan taksi sürücüsü Bəkir Serkut Özhan dindirilmə zamanı "Hadisədə günahım yoxdur, özü gəlib mənə dəydi", - deyib.
Məhkəmə təxirə salınıb.
İstanbul Anadolu Respublika Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, aktyorun çatdırıldığı xəstəxanada 2 gün sonra həyatını itirdiyi ifadə edilir. Milli.az Milliyet-ə istinadən xəbər verir.