Dünya
Amerika və Rusiya Suriyada qarşı-qarşıya
Suriyada vəziyyət yenidən öz gərginliyi ilə diqqət çəkməkdədir. Keçən ilin sonlarında Suriyadakı qarşı duran tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk dəfədir ki, bu ölkədə kütləvi qətliam həyata keçirilir.
İş adamına silahlı hücum
Türkiyəli məşhur iş adamı İhsan Gülay aprelin 6 – da, gecə saatlarında silahlı hücuma məruz qalıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, “Gülaylar” şirkətlər qrupunun vitse – prezidenti İhsan Gülay Umraniyədə yerləşən, özünə məxsus ticarət mərkəzindən çıxarkən kimliyi məlum olmayan şəxs iş adamının sol ayağından atəş açıb. Gülay dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Bəşər Əsəd və Sərkisyanın oxşar cəhətləri
Suriyada yenə insanlıq dramı yaşanır. Daha doğrusu Suriya hadisələri başlayandan yaşanan bu dram hər ötən gün daha drammatikləşir, özünün ağır, sarsıdıcı mərhələsinə qədəm qoyur. Bu günlərdə Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi ilə diqqətlər yenidən Dəməşqə yönəldi. Artıq bu səhərdən etibarən Pentaqon da hərəkətə keçərək Əsəd rejiminə qarşı raket zərbələri endirib və Suriyada kimyəvi silahların saxlanıldığı hərbi bazanın raket zərbələrinə məruz qaldığı barədə xəbərlər yayılır. Düzdür, dünyanın hansı bir yerindən asılı olmayaraq dinc insanların hədəf seçilməsi, öldürülməsi azərbaycanlı olaraq bizləri də narahat edir və bu kimi olayları üzücü qəbul edirik.
Türkiyə polisi azərbaycanlı fahişəni şkafdan tapdı
Türkiyənin Aksaray bölgəsində fahişəlik və fahişəliyə vasitəçilik etməkdə ittiham olunan 5 nəfər saxlanılıb. Bununla bağlı Asayiş Şöbə Müdirliyi əməliyyat keçirib. Həmin ünvana gedən əməliyyatçılar pul qarşılığında fahişəlik etdikləri və fahişəliyə vasitəçilik etdikləri məlum olan 3 nəfərlə şkafda saxlanılan Azərbaycan əsilli qadın tutulub.
Suriyada kimyəvi silah qurbanlarının sayı 84-ə çatıb: 545 yaralı
Suriyanın İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadə edilməsi nəticəsində ölənlərin sayı 84 nəfər çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç deyib.
Amerikanın Suriya bombardmanının XƏRCİ: 94 milyon dollar
Amerika səhər saatlarında Aralıq dənizindəki hərbi gəmiləri ilə Suriya ərazisində yerləşən aviabazaya "Tomahawk" raketiləriylə zərbələr endirib. Amerikanın Suriya bombardmanının xərci açıqlanıb. Hər biri 1 milyon 590 min dollara olan raketlərdən 59-u istifadə olunub. Belə ki, bu hücum Amerikaya təxminən 94 milyon dollara başa gəlib.
Lavrov: “Bu, ABŞ və Böyük Britaniyanın 2003-cü ildə İraqa hərbi müdaxiləsini xatırladır”
“ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovDaşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib.
Suriyanın bombalanmasına Olland və Merkeldən ortaq şərh
Fransa Respublikasının prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Amerikanın Aralıq dənizindəki hərbi gəmiləri ilə Suriya ərazisində yerləşən aviabazaya "Tomahawk" raketiləriylə zərbələr endirməsi ilə bağlı ortaq açıqlama veriblər.
Rusiya Suriyaya dair ABŞ-la imzaladığı Memorandumun fəaliyyətini dayandırıb
Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib.
Ən son xəbər- Dollar bahalaşmağa başladı
Türkiyədən Ermənistana "Karabax" qutularında pomidor ixracı etiraza səbəb oldu
Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır. Həmin pomidor qutularının üzərində "Karabax" yazılması isə diqqət çəkib. Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia ediblər. Eyni zamanda, pomidor qutularının üzərində "Karabax" yazılması da erməniləri hiddətləndirib.
Avtomoblin vurub çaya saldığı qadın öldü
Londonda, Vestminister körpüsündə sürətlə hərəkət edən avtomobil ilə törədilən terakt zamanı Temza çayına düşən qadın ölüb. Hadisədən sonra xəstəxanada müalicə alan 31 yaşlıAndreea Cristea həyatını itirib.
Britaniya da Suriyanı bombalayan Amerikaya dəstək oldu
Britaniya höküməti Suriyanı bombalayan Amerikaya dəstək olub. Hökümət ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərinin Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirməsini Suriyada Əsəd rejiminin kimyəvi silahların istifadəsinə tutarlı cavab kimi qiymətləndirib və Amerikanı dəstəklədiyini bildirib.
Ermənilər "respublikaçı nənə"ni yerə çırpdılar- İRƏVANDA
Ermənistanda seçkilərin nəticələrindən narazı qalan birt sıra insan piket keçirib. Piket zamanı hakim "Respublika" partiyasının tərəfdarı kimi məşhurlaşan və "Respublikaçı nənə" ləqəbini alan qoca qarı etirazçıların toplaşmasına qarşı çıxış edir və söyüş söyür. Nəticədə etirazçılardan biri "Respublikaçı nənə"ni itələyərək yerə yıxır. Lakin o yenidən ayağa qalxaraq heç nə olmamış kimi etirazçılara tərəf baxır.
Ermənistan ordusunun podpolkovniki yol qəzasında xəsarət alıb
Ermənistanda yol-nəqliyyat hadisəsi nəticəsində Müdafiə Nazirliyinin zabiti xəsarət alıb. Hadisə Kotayk vilayətində baş verib. “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.














