Dünya

Stokholmda kütlənin üzərinə sürülən yük maşını qaçırılıb, şübhəli saxlanılıb

7 Aprel 2017 18:20

İsveçin paytaxtı Stokholmda kütlənin üzərinə sürülən yük maşını "Spendrups" şirkətinə məxsus olub.  Şirkətin nümayəndəsi avtomobilin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib: "Sürücü malların yüklənməsi zamanı bir qədər uzaqlaşarkən naməlum şəxslər avtomobili qaçırıb".

İsveçin Baş naziri Stokholmdakı insidenti terror aktı adlandırıb

7 Aprel 2017 18:18

İsveçin Baş naziri Stefan Lofven Stokholmda baş vermiş hadisəni terror aktı olaraq adlandırıb. Bir qədər əvvəl polis də bu hadisənnin terror aktı kimi nəzərdən keçirildiyi barədə xəbər verib.

Ərdoğan: "ABŞ-ın addımı müsbətdir, amma yetərli deyil"

7 Aprel 2017 17:15

"Bu gecə Amerikanın Aralıq dənizindəki gəmilərindən İdlibə qarşı kimyəvi hücumun həyata keçirildiyi aviabazaya hücum edildi. Suriya aviabazası vuruldu. Suriyanın törətdiyi müharibə cinayətlərinə qarşı atılmış bir addım olaraq bunu müsbət qarşıladığımızı buradan elan etmək istəyirəm".

Rusiyadan İLGİNC İDDİA: raketlərin 36-sı yoxa çıxıb

7 Aprel 2017 16:57

Rusiya ötən gecə ABŞ-ın Suriya aviabazasına atdığı raketlərin çoxunun hədəfə dəymədiyini iddia edib. Rusiya tərəfi bildirib ki, ABŞ-ın Suriya ərazisinə atdığı 59 raketdən cəmi 23-ü hədəfə dəyib.

Türkiyədə partlayış

7 Aprel 2017 16:38

7 aprel, günorta saatlarında Türkiyənin Osmaniyyə şəhərində yerləşən metalurgiya zavodunda partlayış baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki,  hadisənin xlor qazının sızması nəticəsində baş verildiyi güman edilir. Hadisə zamanı 1 nəfər ölüb, zəhərlənən 3 nəfər isə Osmaniyə Dövlət xəstəxanasına yerləşdirilib. 

Əsəd Administrasiyasından ABŞ-ın zərbələri ilə bağlı BƏYANAT

7 Aprel 2017 16:35

ABŞ Suriya bazasına raket zərbələri endirməklə terrorçuları dəstəkləyib. Bu barədə Suriya prezidenti Bəşər Əsədin Administrasiyasının yaydığı bəyanatda deyilir.

Təyyarə qəzaya uğradı: Ölənlər var

7 Aprel 2017 16:33

Serbiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin hər iki pilotu həlak olub.

ABŞ səfiri Sekutanın xəlvəti oyunları

7 Aprel 2017 16:21

İntriqa, yalan, pulla ələ alma və xəlvəti mübarizə - məkrli Bizans siyasətinin yaxşı məlum olan xüsusiyyətləridir. Böyük Romanın Kapitoli təpəsində bunu hətta ən despotik imperatorların dövründə rədd eləmişdilər. Onu elə respublikaçıların Vaşinqtonundakı Kapitoli təpəsində də qəbul etmirlər.

Keçmiş hərbçi üsyan etdi: ”Bağışlayın ki, sağ qayıtmışam”

7 Aprel 2017 16:17

Rusiyanın Yekaterinburq şəhərinin mərkəzində sinəsini orden və medallar bəzəyən polkovnik-leytenant təkadamlıq piket keçirib. “Qara zanbaq" abidəsinin önündə dayanan şəxsin əlində saxladığı plakatda “Bağışlayın ki, sağ qayıtmışam” sözləri yazılıb. Yanındakı digər plakatda hərbi əməliyyatların iştirakçısı olması, tikinti şirkətindəki fırıldaqçılar tərəfindən aldadıldığı yazılıb.

Bürucerdi: “İran və Rusiya ABŞ-ın Suriyaya hücumu qarşısında sakit oturmayacaq”

7 Aprel 2017 16:13

“İran və Rusiya Donald Tramp hökumətinin Suriyaya ağılsız hücumu qarşısında sakit oturmayacaq”.  Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi deyib. 

Erməni mətbuatı seçkilərdən sonra nə yazır?

7 Aprel 2017 15:56

Ermənistanın aparıcı media qurumları, xüsusilə müxalifətyönlü və müstəqil qəzetlər parlament seçkilərindən sonrakı vəziyyət barədə müxtəlif yazılar dərc edərək, bir sıra gizlinləri ortaya çıxarmaqla yanaşı, qurulacaq yeni hökumətin hansı istiqamətdə formalaşdırılacağı ətrafında da müxtəlif rəyləri, araşdırmaları təqdim edirlər. Lakin dərc edilən yazılardan və məqalələrdən də aydın görünür ki, bu seçkilər bilavasitə rüşvət və seçiciləri pulla almaq halları ilə ölkənin rüsvayçılıq tarixinə əlavə olunub. Həmin yazılardan bəzilərini dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

Kreml: Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya-ABŞ memorandumu mənasını itirib

7 Aprel 2017 15:34

“Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya ilə ABŞ arasında imzalanmış memorandum ABŞ-ın Şayrat aerodromuna endirdiyi raket zərbələrindən sonra mənasını itirib”.  Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya Müdafiə Nazirliyi: ABŞ-dan izahat gözləyirik

7 Aprel 2017 15:30

"ABŞ tərəfinin məlum fəaliyyətini 2015-ci ildə Suriyaya dair imzalanan Memorandumun kobud şəkildə pozulması kimi qiymətləndiririk". 

Çavuşoğlu: "Türkiyə ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini dəstəkləyir"

7 Aprel 2017 15:17

Türkiyə ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini dəstəkləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludeyib. Onun sözlərinə görə, ABŞ əməliyyatdan əvvəl Türkiyəyə məlumt verib.

Suriyanın Xan-Şeyhun şəhərinə daha bir raket zərbəsi

7 Aprel 2017 15:01

Suriyanın aprelin 4-də kimyəvi silah hücumuna məruz qalmış İdlib vilayətinin Xan-Şeyhun şəhəri bu gün raket zərbələrinə tuş gəlib.