Dünya
Dünyanın ən gözəl qadınları formada qalmaq üçün bunları edir
Dəbin və yeni gözəllik etalonlarının formalaşmasında məşhur xanımların rolu böyükdür. Bu yazıda oxucuları Yeva Mendes, Ancelina Coli, Cennifer Lopes, Cennifer Eniston, Keyt Moss, Keyt Middlton və digər ulduzların fərdi pəhriz fəndləri ilə tanış edib.
Ancelina Colinin qızı cinsiyyətini dəyişdirir: 11 yaşı var
Uzun müddətdir dünya mediasının gündəmindən düşməyən Ancelina Coli və Bred Pitt cütlüyünün 11 yaşlı qızı haqqında yayılan iddialar gerçək olub. Cütlüyün ilk bioloji uşağı olan 11 yaşlı Şiloh cinsiyyətini dəyişdirmək üçün hormon dəyişdirici dərmanlar qəbul etməyə başlayıb.
"Apple" şirkətinin bazar dəyəri 183 ölkənin illik gəlirini geridə qoyub
Dünyanın öndə gələn texnologiya şirkətlərindən sayılan "Apple" ağıllı telefon istehsalı ilə bazar dyərini hər il daha da artırır. İstehsal etdiyi cihazlarla texnologiyada yeni cığır açan şirkətin bazar dəyəri 750 milyard dollar təşkil edir. Bu da öz növbəsində 183 ölkənin illik gəlirindən daha çoxdur.
Körpü çökdü: 2 nəfər öldü - VİDEO
Çində dəhşətli hadisə baş verib. Çinin Hınan əyalətində yağışdan sonra bəndləri yumşalan körpü, üzərindən insanlar keçərkən bir anda çöküb. 3 nəfərin suya düşdüyü bildirilib. Yıxılanlardan biri körpünün dəmirlərinə yapışaraq özün xilas etməyə çalışıb. Digər iki nəfər isə axına düşərək gözdən itib.
Məhkəmə Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar sayıb
Rusiyada andlılar məhkəməsi müxalif siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar hesab edib. Moskva Dairə Hərbi Məhkəməsi qətlin birbaşa icraçısı kimi ittiham edilən Zaur Dadayev də daxil olmaqla, 5 nəfəri günahkar sayıb. Gələn həftə prokurorluq Z. Dadayevə tələb etdiyi cəzanı açıqlayacaq, məhkəmə isə cəzanın müddətini təyin edəcək. Cinayət Məcəlləsinə əsasən sifarişli qətldə iştirak edənləri ömürlük həbs cəzası gözləyir.
Siciliya mafiyası Almaniyanı ələ keçirir
Avropanın cənubunda iqtisadi situasiyanın pisləşməsi fonunda Siciliya mafiyası Almaniyada yeni ticarət imkanlarını axtarır. Bu haqda “Guardian” qəzeti bildirib. Nəşr Almaniyanın cənub-qərbində narkotiklərlə mübarizə üzrə genişmiqyaslı əməliyyatın nəticələri ilə tanış olub. Əməliyyatın gedişatında aydın olub ki, İtaliyada maliyyə problemləri ilə qarşılaşan mafiya qruplaşmaları Almaniyanın daha müvəffəqiyyətli regionlarına köçürlər.
Virusların sayı durmadan artır
Antivirus proqramları hazırlayan və təhlükəli proqram təminatlarının aktivliyini izləyən "Kasperski Laboratoriyası"nın mütəxəssisləri həyəcan siqnalı çalıblar. Onların sözlərinə görə, 2013-cü ildə "ağıllı" qurğular üçün 46 virus proqramı mövcud olduğu halda, 2014-cü ildə bu göstərici 193-ə çatıb, 2015-ci ilin sonunda isə 700-ü ötüb.
ABŞ-dan yeni kəşf: Tibdə iynə dövrü geridə qalır
ABŞ-ın Milli Səhiyyə İnstitutunun maliyyə dəstəyi ilə "Emori Universiteti" və "Georgia Texnologiya İnstitutu"nun birgə layihəsi maraqla qarşılanıb. Mütəxəssilər tərəfindən hazırlanan lentşəkilli peyvənd iynələri inkişaf etdirilib. Lentin üzərində standart peyvəndlərdə istifadə edilən iynələrin yerinə çoxsayda kiçik, tük şəkilli mikro iynələr qoyulub. Xüsusilə iynədən qorxan insanlar üçün hazırlanan layihə peyvənd olunmayan insanların sayının azalmasına təsir göstərəcək.
Tramp Ağ Evdə yaraşıqlı jurnalistə kompliment dedi, qalmaqal yarandı
ABŞ-da xanım jurnalist Katrina Perri president Donald Trampın mətbuat üçün brifinqində olarkən, bəlkə də gözləmirdi ki, bu hadisə iş yerində seksizm barədə debatlara təkan verəcək.RTE şirkətinin Vashington müxbiri ABŞ prezidenti və İrlandiyanın hökumət başçısı Taoiseach Leo Varadkar arasında diplomatik telefon danışığını işıqlandırmaq üçün Oval kabinetdə olub. Lakin iki lider Leo Varadkarın yeni vəzifəsini müzakirə edərkən və ABŞ İrlandiyadan olan miqrantların sayını müzakirə edərkən Donald Traump telefon danışığı arasında xanım Perriyə onun gülüşünə görə kompliment söyləyib.
Strateji Tədqiqatlar Mərkəzi: Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi olaraq qalmalıdır
Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi olaraq qalmalıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirməlidir. Bu barədə Rusiyanın Strateji Tədqiqatlar Mərkəzinin hesabatında deyilir. Hesabatda qeyd olunur ki, postsovet məkanında bir neçə dondurulmuş münaqişə mövcuddur. Ekspertlərin fikrincə, Rusiya bu münaqişələrdə vasitəçi olaraq fəaliyyətini davam etdirməli və Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Dnestryanı problemin həlli layihəsinin müzakirəsini bərpa etməlidir.
Ərdoğan Almaniyada həmvətənləri qarşısında çıxış etmək istəyir, qarşı tərəf isə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı Almaniyada yaşayan həmvətənləri qarşısında çıxış etmək niyyətindədir. Bunu Rusiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nazir qeyd edib ki, Almaniya tərəfi iyunun 28-də Ankaradan müvafiq rəsmi sorğu alıb.
Putin Türkmənistana səfər edəcək
Rusiya prezidenti Vladimir Putin Türkmənistana səfər edəcək. Bu barədə prezidentin köməkçisi Dmitri Peskov deyib. Onun söpzlərinə görə, səfərin tarxini hələ dəqiqləşməyib.
Erməni milyonçunun "avtoş" qızı həbs olundu - VİDEO
Moskvada məhkəmə avtoxuliqanlıqla ad çıxarmış Mara Baqdasaryan həbs olunub. Moskvada Mercedes-Benz Gelandewagen avtomobili ilə yarışan "avtoş" (küçə yarışçısı) Mara Baqdasaryan cərimələrdən yayındığına görə məhkəmə tərəfindən ictimai işlərə cəlb olunmuşdu. M.Baqdasaryan isə ictimai işlərdən boyun qaçırdıb. O, küçələri süpürməli idi.
Rusiyanın regional maraqları yeni mərhələdə
Rusiya ətraf regionlarda, eləcə də Yaxın Şərqdə mövqelərinin möhkəmləndirilməsi, bu bölgələrdə maraqlarının təmin olunması istiqamətində fəaliyyətini intensivləşdirib. Qərbin, xüsusilə də NATO-nun Rusiyanın sərhədlərinə doğru sürətlə irəliləməsini özü üçün təhdid hesab edən Moskva bu təhdidi aradan qaldırmaq, gələcək təhlükələri önləmək üçün indi daha çox müasir texnologiyaların imkanlarından yararlanmağı qərara alıb.
Yaxın Şərqdəki böhranın həlli yolları
Bu gün Yaxın Şərq dünyanın ən qaynar nöqtələrindən birinə çevrilib. Regiona nəzarət uğrunda başqa Qərb olmaqla dünyanın supergüclərinin apardığı mübarizə regiona ölkələrində çoxsaylı insan tələfatı, ayrl-ayrı ölkələrdə xaos və anarxiyaya yol açır. Görünən odur ki, hələ yaxın 10 illərdə də regiona sabitlik gətirmək mümkün olmayacaq. Çünki sabitlik yaradılması üçün silahlar susmalı və diplomatiya dövriyyəyə girməlidir. Elə siyasi təhlilçi Aysel Vəliyeva da bu qənaətdədir.














