Dünya
Rusiya türk çiyələklərini geri qaytardı
Rusiya Türkiyədən dəniz yolu ilə gətirilən 20.5 ton çiyələyi geri qaytarıb. Xarici KİV xəbər verir ki, baytar nəzarəti nəticəsində çiyələkdə Rusiyada təhlükəli hesab edilən çiçək xəstəliyi aşkarlanıb.
Milyarderin bağışladığı oyuncaq elə bu boyda olar
Müğənni Rihannaya Səudiyyə Ərəbistanından olan milyarder sevgilisi Həsən Cəmil oyuncaq ayı hədiyyə edib. Adam boyda ölçüsü olan ayını müğənniyə çatdırmaq üçün milyarder öz şəxsi jeti ilə bütün dünyanı dolanıb. Rihanna ilə milyarder gənc arasında eşq macərası hələ bir il əvvəl başlayıb. Onların harada tanış olduğu məlum deyil.
"Heç bir növbədənkənar seçki olmayacaq" - Poroşenko
Ukraynada heç bir növbədənkənar seçki olmayacaq. Bunu ölkə prezidenti Petro Poroşenko bəyan edib. Nazir bildirib ki, seçki mövsümü qanunvericiliyə uyğun olaraq, 2019-cu ildə başlayacaq. Cari çağırış Ukrayna Ali Radası 2014-cü il oktyabrın 26-da keçirilən növbədənkənar seçkilər nəticəsində formalaşıb. Parlamentin səlahiyyət müddəti 2019-cu ildə başa çatır. Növbəti prezident seçkiləri də 2019-cu ildə keçirilməlidir.
Kralı vəzifədən gedir - "SƏSSİZ ÇEVRİLİŞ”
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun hakimiyyətə gəldiyi 2015-ci ilə qədər beynəlxalq arenada kimsənin tanımadığı oğlu Məhəmməd bin Salman Əl-Səudun iki il ərzində az qala ölkədə bütün orqanlara nəzarəti ələ keçirməsi və son olaraq əmisi oğlu Məhəmməd bin Nayifin yerinə birinci vəliəhd şahzadə vəzifəsinə gətirilməsi Yaxın Şərqdə ən çox müzakirə edilən mövzu olaraq qalmaqdadır.
ABŞ 100 min homoseksualı bağışlayacaq
ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Mark Poukan “Don't ask, Don`t Tell” qanununa görə Amerika hərbçilərinin hərbi xidmətdən çıxarılmasının səbəblərini təkrar gözdən keçirməyi təklif edib.
Rusiya 3 il sonra Qafqaz ölkələrində və Xəzərdə... - ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
Rusiya dəniz dövləti statusundan məhrum olacaq. Bu proqnozla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.
Aparıcı canlı yayımda öldü - VİDEO
Fitr bayramı münasibətilə təşkil edilmiş tədbirin aparıcısı canlı yayımda qəflətən dünyasını dəyişib. İlkin olaraq onun səs tonu dəyişib, daha sonra üzündə qorxu ifadəsi yaranıb. Bundan sonra sakitcə başını aşağı salıb və yıxılıb.
İŞİD mühasirəyə alındı
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) Rakkada İŞİD üzvlərini tamamilə mühasirəyə aldığını açıqlayıb. Kürd və ərəb qüvvələrindən ibarət demokratik qüvvələr İŞİD-in cənuba qaçmaq üçün istifadə etdiyi bütün yolları bağlayıb.
Trampın istəyi rəsmən reallaşdı
ABŞ prezidenti Donald Trampın əhalisinin çoxu müsəlmanlar olan 6 ölkənin vətəndaşlarına və bütün qaçqınlara tətbiq etdiyi viza almaq məhdudiyyəti rəsmən qüvvəyə mindi.
Artıq pulunuzu oğurlaya bilməyəcəklər - Mobil telefon istifadəçilərinə şad xəbər
Mobil telefon istifadəçilərinin istəmədən qoşulduqları abunəliklərin qarşısı alınır. Milyonlarla mobil telefon istifadəçisininin cibinə və əsəblərinə zərər yetirən "abunə" fırıldağının sonu çatdı. Ümumdünya İnformasiya Texnologiyaları və Kommunikasiya Agentliyi (BTK), istehlakçıların internetdən istifadə edərkən tələb və razılığı olmadan spam abunə reallaşdırıldığı "əlavə dəyərli xidmətlər"lə əlaqədar dəyən zərərin qarşısını almaq üçün "təsdiq"i əlavə edir.
General rüşvət kimi küçük alıbmış
Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko rüşvət şəklində it küçüyü almaqda ittiham olunur. Bu barədə "Kommersant'" qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Barak Obama İndoneziyada
Keçmiş Amerika prezidenti Barak Obama həyat yoldaşı və qızları ilə birgə İndoneziyada istirahət edir. “Olaylar” “Amerikanınsesi” – nə istinadən bildirir ki, doqquz günlük tətillərini Balidə keçirən Obama ailəsi daha sonra Yogyakartada yerləşən məbədləri ziyarət ediblər. Obama ailəsinin Hindu məbədi olan Prambananı da ziyarət edəcəyi gözlənilir.
"Türkiyə prezidenti Almaniyaya səfərini ləğv etmək fikrində deyil"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.
Universitet yaxınlığında partlayış
Ukraynanın şərqində Rusiya separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış Baş verib. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, şəhərin mərkəzində Şevçenko Bulvarında yerləşdirilən partlayıcı qurğu bulvar yaxınlığında yerləşən Ticarət Universiteti binasına xeyli ziyan dəyib. Hadisə nəticəsində ölən və ya yaralananın olmadığı bildirilir.
Avropanın daha bir ölkəsi bircinsli nikahları leqallaşdırdı
Almaniya Bundestaqı (parlament) bircinsli nikahların qanuniləşdirilməsi haqqında qanunu bəyənib. Bundestaqın 393 deputatı qanun layihəsinin lehinə, 226-sı isə əlehinə səs verib, 4 parlament üzvü bitərəf qalıb.














