Dünya
“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək
Qurğu istehsalçılarının indiyədək geniş funksionallığa malik müxtəlif “ağıllı” üzüklər təqdim etmələrinə baxmayaraq bu mobil qurğular vasitəsilə alış-veriş üçün ödənişlər etmək və ya avtomobili işə salmaq qeyri-mümkün olub. Bu dəfə isə “Tokenize Inc.” şirkəti bunu özündə “NFC” və “Bluetooth” funksiyalarını birləşdirməklə kredit kartlarını, qıfıl açarlarını və ya digər qurğuların parollarını əvəz etməyə imkan verən yeni “ağıllı” “Token” üzüyü vasitəsilə dəyişməyə hazırlaşır.
Virtual reallıqda ağrı və temperaturu hiss etmək reallığa çevrilir
"Tegway" şirkətinin tərtibatçıları tərəfindən virtual reallıq üçün yaradılmış oyun kontrolleri prototipi oyunçuya ovucu ilə ağrını və temperatur dəyişikliyini hiss etməyə imkan verəcək. Bu günlərdə San-Fransiskoda keçirilmiş tədbirdə istehsalçılar yeni texnologiyanı nümayiş etdiriblər.
Tubanın sevgilisinə istənilən cəza bəlli oldu
Aktrisa Tuba Büyüküstünlə görüntüləndiyi üçün jurnalistlərin fotoaparatını qıran 2 cangüdəni ilə birlikdə tutulan iş adamı Umut Evirgen haqqında istintaq yekunlaşıb. Prokurorluq Umutla cangüdənləri haqda "Yol kəsərək birdən çox adama silahlı hücum" ittihamı ilə iddianamə hazırlayıb. İddianamadə onların 10 ildən 15 ilədək həbsi tələb edilib. Sənədlər İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib.
Vatsapdan növbəti yenilik
Mesajlaşma proqramları arasında, özəlliklə, son zamanlarda tətbiq etdiyi yeniliklərlə istifadəçilərinin rəğbətini qazanan “Vatsap” daha öncə açıqladığı, lakin dövrəyə buraxmadığı bir özəlliyin necə istifadə olunacağı haqqında yeni bildiriş verib.
Çinlilərin cavanlıq sirri açıldı: Sən demə...
Bu, ayaqlarda çoxlu sinirlər və refleks zonalarının cəmləşməsi ilə izah olunur. Səhiyyə məsələlərində çinli filosoflara tam etibar etmək olar, axı bütün müasir sağlamlıq sənayeləri və gözəllik mərkəzləri onların təlimləri əsasında yaradılıb. Biz bu yazıda oxucuları gəncliyi və bütün orqanizmin sağlamlığını qorumağa yaxşı kömək edən ayaq masajı ilə tanış edib.
Ərdoğan və Tramp arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə hakim partiya AKP-nin sözçüsü Mahir Ünal bildirib. M. Ünal liderlərin danışığının detallarını açıqlamayıb, az sonra Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə də telefonla danışacağını deyib.
Moskvada 4400 nəfər işıqsız qalıb
Rusiyanın paytaxtı Moskvada təqribən 440 nəfər əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisiz qalıb. İyunun 30-u saat 15:00-dan etibarən güclü külək və yağış Moskva şəhəri və Moskva vilayəti ərazisində elektrik paylayıcı şəbəkələrdə qəzalara səbəb olub. Hazırda xətlərdə təmir işləri gedir.
Qızlar ölümlərini canlı yayımda göstərdilər - DƏHŞƏTLİ QƏZA - VİDEO
Ukraynada İnstaqram səhifəsi ilə birbaşa yayımda öz abunəçilərini əyləndirən qızlar avtomobil qəzasına düşüblər. Hadisə Xarkov vilayətinin İzyum şəhərində baş verib.
İsrail Suriya ordusuna zərbələr endirdi
İsrail aviasiyası Colan təpələrinə Suriya ərazisindən atılan mərmiyə cavab olaraq Suriya qoşunlarına zərbələr endirib. Bu haqda İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
SİRR AÇILDI: sən demə, Acun 20 yaş kiçik sevgilisini ilk dəfə universitetdə...
Stilist Şeyma Subaşı tanınmış aparıcı Acun Ilıcalı ilə necə tanış olmasından danışıb. “TV8” kanalının sahibi Acun Ilıcalının sevgilisi Ş.Subaşı “Elle” jurnalına müsahibə verib. Stilist müsahibəsində Acunla “Varmısın Yokmusun?” müsabiqəsində tanış olmadıqlarını deyib. Ş.Subaşı bildirib ki, Acun onu ilk dəfə universitetdə görüb bəyənib: "Biz müsabiqədə tanış olmamışıq. Mən İstanbul Aydın Universitetində dəb dizaynı fakültəsi üzrə təhsil alırdım. Acun mükafat almaq üçün mənim təhsil aldığım universitetdə keçirilən tədbirə gəlmişdi. Modellik təcrübəm olduğu üçün əvvəlcə podiuma mən çıxdım. Onda Acun məni orada görüb müsabiqəyə çağırtdırmışdı. Mən “Varmısın Yokmusun?” müsabiqəsində iştirak etmək üçün onlara müraciət etməmişəm, onlar məni çağırıb”.
Qasırğa Moskvanı iflic hala saldı - İldırım iki nəfəri öldürdü - GÖRÜNTÜLƏR - YENİLƏNİB
Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq küləkli güclü fırtına gözlənilir. Sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada bu gun günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.
Bu müsəlman ölkəsində Həccə getmək QADAĞAN OLUNUR
Özbəkistanda kommunal borcu olan şəxslərə Həcc ziyarətinə getmək qadağan olunacaq. Bu barədə Daşkəndin baş imamı Ənvər Tursunovaçıqlama verib. Tursunovun sözlərinə görə, hətta 1 sum (o,000253 dollar) borcu olan şəxs belə Həccə gedə bilməz. Onun fikrincə, borclu olmaq İslamdakı ən pis əməllərdən sayılır. Özbəkistanda bir neçə ildir ki, energetik böhran var. Ölkə sakinlərinin qaz və işığa görə borcu 1,25 milyard dolları keçib.
Qadın həyat yoldaşını sevgilisinin köməyi ilə öldürdü - "Cəsədi parçalara ayırmaq üçün..."
İzmirin Aliağa Mahalında qadın sevgilisinin köməyi ilə ərini öldürüb. Bir barda ofisiantlıq edən Neslihan Zengi həyat yoldaşı Bedran Ölkeri 50 yaşlı sevgilisi T.T. ilə birlikdə bıçaqlayaraq öldürüb. Daha sonra cəsədi hamamda gizlədiblər. Cinayətdən bir gün sonra cəsədi aparmaq üçün avtomobil gətirəcəyini söyləyərək evdən çıxdığı deyilən T.T.-nin geri dönmədiyini görən Zengi bir yaxınından ona kömək etməyini istəyib. Neslihanın kömək istədiyi adam qorxub vəziyyəti jandarmaya bildirib və bununla da cinayət ortaya çıxıb. Neslihan Zengi jandarma tərəfindən nəzarətə alınıb.
Rusiya DİN miqrantları Uzaq Şərqə göndərmək niyyətindədir
Rusiya Daxili İşlər Nazirliyi 2018-2020-ci illər üzrə miqrasiya siyasətinin yeni konsepsiyasını hazırlayıb. Sənədə əsasən, miqrantların Baykal və Uzaq Şərq regionlarında yaşamasını stimullaşdırmaq təklif olunur. DİN-dən bildiriblər ki, konsepsiya milli və ictimai təhlükəsizliyi, əhalinin rahatlığı və rifahını təmin etmək, eləcə də ölkənin demoqrafik və sosial-iqtisadi inkişafına töhfə vermək üçün nəzərdə tutulub.
Türkiyədə iri terror aktının qarşısı alındı - Saxlanılanlar var
Türkiyənin cənubunda Qaziantep vilayətində iri terror aktının qarşısı alınıb. Polisin keçirdiyi xüsusi əməliyyat çərçivəsində PKK terror təşkilatının 8 üzvü saxlanılıb. Onlardan ikisinin Suriya vətəndaşı olduğu bildirilib. Hadisə yerində həmçinin 146 kiloqram partlayıcı aşkar edilib.














