Dünya

Baş nazir 11 naziri dəyişdi

6 Sentyabr 2017 18:40

Tunisin baş naziri Yusif Şahed ölkənin Nazirlər Kabinetində nazirlərin tutduqları vəzifələri dəyişib. Məlumata görə, bu barədə baş nazirin KİV-ə bəyanatında bildirilib. Yerdəyişmələr 11 nazirə şamil olunub və ölkənin güc nazirliklərindən də yan keçməyib. Son qərara görə, Abdel Kərim əz-Zubeydi yeni müdafiə və Lütfi İbrahim isə yeni daxili işlər naziri olub.

Məşhur jurnalist qətlə yetirildi

6 Sentyabr 2017 18:32

Hindistanın məşhur jurnalisti başından vurularaq öldürüldü. İqtidardakı hindu milliyyətçisi siyasətçiləri tənqid edən məşhur jurnalist Qauri Lankeş qətlə yetirilib. Polisin xəbərinə əsasən 55 yaşlı Lankeş Banqalordakı evinin qarşısında motosikletli şəxslər tərəfindən açılan atəş nəticəsində başından və sinəsindən aldığı güllə yarasından keçinib.

Rusiyada hərbi texnika daşıyan qatar relsdən çıxdı

6 Sentyabr 2017 17:45

Rusiyanın Çita şəhərində hərbi texnika daşıyan qatarın 14 vaqonu relsdən çıxıb. Qatar 52 vaqondan ibarət olub. Məlumata görə, qəza nəticəsində 10 silah vaqonu aşıb. Qatarda həmçinin 3 sərnişin vaqonu olub. 200-ə yaxın adamın olduğu qatarda xəsarət alan olmayıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Türkiyədə güclü meşə yanğınları başladı

6 Sentyabr 2017 17:34

Türkiyənin cənub-qərbindəki Muğla vilayətində güclü meşə yanğınları başlayıb. Külək və quru hava şəraiti yanğınla mübarizəni çətinləşdirir. Yanğınla əlaqədar olaraq yaxınlıqdakı kəndlərdən əhali təxliyə edilib.

19 gün qaldı: 4 ölkə üçün KABUS BAŞLAYIR

6 Sentyabr 2017 16:42

Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib.  Bu haqda “Rudav” kürd telekanalı bildirib. “Siz İraq Kürdüstanı və kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?” - bülletendə yazılıb.

İdlibdə partlayış – 6 nəfər həlak oldu

6 Sentyabr 2017 16:18

Suriyanın şimalında yerləşən İdlib şəhərinin mərkəzində yerləşən  stadionun yaxınlığında partlayış hadisəsi baş verib. “Olaylar” bildirir ki, hadisə zamanı 6 nəfər həlak olub, yaralılar var. İdlib Mülki Müdafiə  rəhbəri Məhəmməd Hac Yusuf bildirib ki, şəhər mərkəzindəki stadionun yaxınlığında bir neçə partlayış baş verib.

Ukraynanın 5 politoloqu öldü

6 Sentyabr 2017 16:15

Ukraynanın Rovnensk vilayətində 5 politoloq həlak olub. Onların ölümünə səbəb avtomobil qəzası olub. Belə ki, politoloqlar “Opel” markalı avtomobilin yük avtomobili ilə toqquşması nəticəsində həlak olublar.

Trampın qərarına Obamadan sərt reaksiya

6 Sentyabr 2017 16:14

ABŞ Prezidenti Donald Trampın miqrant uşaqların ölkədə qalmasını təmin edən qərarı ləğv etməsinə keçmiş prezident Barak Obama sərt reaksiya göstərib. Obama prezidentliyi dövründə qüvvəyə minmiş qərarın ləğv edilməsini mərhəmətsizlik adlandırıb.“Bu gənc insanların hədəfə alınması yanlışdır, çünki onlar səhv heç nə etməyiblər”, - deyə o bildirib.

ABŞ-Şimali Koreya savaşı: qlobal siyasətin yeni riskləri

6 Sentyabr 2017 16:05

Vaşinqtonla Pxenyan arasındakı söz atışması təhlükəli məzmun alıb. Son olaraq Donald Tramp rəsmi Pxenyanı və xalqı hədələyib. O bəyan edib ki, ABŞ elə bir addım atar ki, dünya indiyə qədər rastlaşmadığı vəziyyətə düşər.

Qayınanasına təcavüz edən yeznə saxlanıldı - VİDEO

6 Sentyabr 2017 16:01

Türkiyənin Samsunda şəhərində təcavüz hadisəsi baş verib. Qayınanasına təcavüz etdiyi iddia edilən 31 yaşındakı Məhəmməd P. adlı şəxs saxlanılıb.   Qayınana ötən gün evli qızının ailəsinə baş çəkib və gecə orada qalıb. Gecə yarısından sonra qadının yeznəsi Məhəmməd P. onun yatdığı otağa daxil olub. Yuxudan duranda yeznəsinin ona təcavüz etdiyini görən qadın qışqırmağa başlayıb. Səs-küydən sonra Məhəmməd P. otaqdan qaçıb. Hadisədən dərhal sonra polisə gedən qadın təcavüzə uğradığını bildirib və yeznəsindən şikayətçi olduğunu söyləyib.  

Ermənistanı məhv edəcək ÖLÜMCÜL ZƏRBƏ

6 Sentyabr 2017 15:56

ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin alovu Ermənistanı vurur. Gürcüstanda keçirilən NATO təlimlərindən Putinin göstərişi ilə son anda imtina edən işğalçı ölkə çətin vəziyyətdədir.

NASA ən böyük asteroidin görüntüsünü çəkib - VİDEO

6 Sentyabr 2017 15:54

“Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçib. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini əvvəlcədən bildirmişdilər.

İnternetdə tanış olduğu oğlanın evinə gedən qız biabır oldu

6 Sentyabr 2017 15:42

İngiltərənin Bristol şəhərində adı açıqlanmayan qız sosial şəbəkədə tanış olduğu oğlanın evinə gedib, biabır olub. Qız "Tinder"də Liam Smit adlı oğlanla tanış olub və onun evinə gedib. Onlar birlikdə vaxt keçirdikdən sonra qız tualetə girib və biabır olub.

Parisdə TERROR? - Avtomobili polisin üstünə sürdülər

6 Sentyabr 2017 15:36

Fransanın paytaxtı Paris yaxınlığında naməlum şəxs avtomobili polis əməkdaşının üzərinə sürüb. Hadisə nəticəsində ağır xəsarətlər alan polis xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Avtomobilin daha əvvəl qaçırıldığı məlumat verilib. Hazırda sürücünün axtarışları aparılır.

Qalaktikada Günəşdən 100 min dəfə böyük "QARA DƏLİK" aşkarlandı

6 Sentyabr 2017 15:06

Samanyolu qalaktikasına yaxın bir hissədə, zəhərli qaz buludlarının arxasında qalan və Günəşin həcmindən 100 min dəfə böyük olduğu düşünülən böyük "qara dəlik" aşkarlanıb.