Dünya

Ailənin 13 yaşlı qızları ilə bağlı YALANI canlı yayımda ortaya çıxdı: zorla... - VİDEO

5 Oktyabr 2017 12:47

13 yaşlı qızlarının oğurlandığını iddia edən ailə 8 aydır ondan xəbər ala bilməsə də, canlı yayımda ailənin yalanı ortaya çıxıb. Türkiyənin ATV kanalında yayımlanan proqramda qaçırıldığı iddia olunan 13 yaşlı qız ailəsi tərəfindən zorla nişanlandırıldığı üçün sevdiyi şəxsə qoşulub qaçıb. Üstəlik, qızın 7 aylıq hamilə olduğu da məlum olub.

Senat da təsdiqlədi: hücumu şəxsən Putin SİFARİŞ VERİB

5 Oktyabr 2017 12:45

ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib. Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin başçısı Riçard Burr məlumat verib. Onun sözlərinə görə, bununla da Rusiyanın 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə etdiyi barədə Amerika kəşfiyyatının tədqiqatını təsdiqlənmiş olub. “Komitənin bütün üzvləri arasında həmrəylik mövcuddur. Biz kəşfiyyatın gəldiyi nəticələrə etibar edirik”, - o vurğulayıb.

“Biz özümüzü müdafiə edə bilmirik” - İrəvan erməni ordusunu Putinin ƏMRİNƏ VERDİ

5 Oktyabr 2017 12:44

Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil.

Ukraynada avtomobil qumbaraatanla vuruldu

5 Oktyabr 2017 12:40

Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərində naməlum şəxslər qumbaraatandan avtomobili atəşə tutublar. Bu haqda Xarkov vilayətinin polisi feysbuk səhifəsində bildirib.

24 nəfər həbs edildi - 9 nəfər axtarılır

5 Oktyabr 2017 12:17

Səhər saatlarında Türkiyə hüquq-mühafizə orqanları DHKP-C terror təşkilatına qarşı   uğurlu əməliyyat keçiriblər. Ölkənin İstanbul,Ankara, Kocaeli, Tekirdağ, Kars, Hatay, İzmir, Bolu vilayətlərində 42 ünvanda aparılan əməliyyat – axtarışları nəticəsində 24 nəfər  həbs edilib. Həbs olunan şəxslərin üzərində çoxlu sayda silah-sursat, terror təşkilatını  təbliğ edən  materiallar  ələ keçirilib. Təhlükəsizlik qüvvələri axtarışda olan 9 şübhəlinin saxlanılması istiqamətində də əməliyyatlar həyata keçirir.

Mafiya başçısı ona xəyanət edən kişiyə "yubka" geyindirib, özünü vurdurdu 

5 Oktyabr 2017 12:10

Türkiyədə çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə həbsxanada olan mafiya başçısına "xəyanət" edən şəxsin fərqli şəkildə özünü cəzalandırması əks olunub. Belə ki, çəhrayı ətək geyinən şəxs əlindəki silahla özünü vurmağa məcbur edilir. O, özünü vurarkan "Mafiya başçıma xəyanət etdim" sözlərini deyir.

Las-Veqas qatilinin sevgilisi: O, mehriban adam idi

5 Oktyabr 2017 12:00

Bir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokun sevgilisi onun planları barədə bilmirmiş. Məlumata görə, bu barədə qadının vəkili tərəfindən yayılmış bəyanatında deyilir. 62 yaşlı Merilu Denli bildirib ki, S.Peddok onu Filipppinə yola salarkən o, ayrılacaqlarından qorxub: “Mən Stiveni mehriban, qayğıkeş və sakit adam kimi tanımışam. Mən onu sevirdim və ümid edirdim ki, bizi birgə sakit gələcək gözləyir”.

Səddamın katibi də imzalamışdı: 2001-ci il tarixli şok sənəd ORTAYA ÇIXDI

5 Oktyabr 2017 11:44

Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb.  Altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları - CİA və MOSSAD-ın əməkdaşlığı ilə qurulub.

Birləşmiş qoşunların yaradılması barədə saziş ratifikasiya edildi

5 Oktyabr 2017 11:42

Ermənistan parlamenti Ermənistan-Rusiya birgə qoşunlarının yaradılması barədə anlaşmanı ratifikasiya edib. 87 nəfər sazişin lehinə, 7 nəfər isə əleyhinə səs verib.

Rusiyadan yeni ittiham

5 Oktyabr 2017 11:40

Rusiya müdafiə nazirliyinin mətbuat kaibi İqor Konaşenkov ABŞ-ı İŞİD-ə kəşfiyyat məlumatı ötürməkdə ittiham edib. İttihama əsasən, Suriyada ABŞ-ın nəzarəti altında olan ərazilərdən Suriya ordusuna hücum edən İŞİD hökumət ordusunun mövqeləri ilə bağlı kəşfiyyat materiallarını amerikalılardan əldə edə bilər.

Rusiya Səudiyyə Ərəbistanına 3 milyardlıq silah satacaq

5 Oktyabr 2017 11:38

Rusiya Səudiyyə Ərəbistanına S-400 “Triumf” zenith-raket komleksi satmağı planlaşdırır. Bu barədə qərar prezident Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əl Saudun görüşündə əldə olunacaq.

Fətullah Gülənlə əlaqəsi olan amerikalı diplomat saxlanıldı — İstanbula qalmaqal

5 Oktyabr 2017 11:02

Türkiyənin İstanbul şəhərində ABŞ-ın baş konsulluğunun əməkdaşı saxlanılıb. Amerikalı diplomat Metin Topuz Fətullah Gülənlə əlaqədə ittiham edilir. Türk məhkəməsinin bəyanatında deyilir: "Saxlanılan Metin Topuz konstitusiyanı pozmaq və Türkiyə Respublikasında hakimiyyəti devirmək cəhdi ilə ittiham edilir".

Tramp şayiələrə aydınlıq gətirdi — "Tillersona tam etibar edirəm"

5 Oktyabr 2017 11:00

ABŞ prezidenti Donald Tramp xarici işlər naziri Reks Tillerson barədə yeni bəyanat səsləndirib. Tramp dövlət katibi Tillersona tam etibar etdiyini bildirib. Qeyd edək ki, son günlər ABŞ mətbuatında Tillersonun istefa verəcəyi barədə şayiələr dolaşmaqda idi.

ABŞ əsgərləri pusquya düşdü: 3 ölü, 2 yaralı

5 Oktyabr 2017 10:51

Nigeriyanın cənub-şərqində Afrika ilə ABŞ-ın ortaq hərbi avtomobil karvanı pusquya düşüb. Nigerin cənub-şərqində ABŞ hərbçilərinə qarşı təşkil olunan silahlı hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Pusqunun hansı təşkilat tərəfindən təşkil edilməsi hələ ki, təsbit edilməyib.

Murad Dalkılçdan boşanan aktrisa gecəyarısı bu vəziyyətdə görüntüləndi

5 Oktyabr 2017 10:49

Bu yaxınlarda Murad Dalkılıçdan boşanan müğənni Merve Boluğur gecə klubunda içkili halda görütünlənib. Aktrisa yaxın rəfiqəsi Yağmur Tanrısevslə gecə səhərə qədər klubda əylənib. Kino ulduzu klubdan çıxarkən küçə satıcıları ona çələng uzadıb. Müxbirləri görən Boluğur sualları da cavabsız qoyaraq sürətlə öz maşınına minib.