Dünya

İranda ölənlərin sayı 483 nəfərə çatıb

27 Noyabr 2017 11:14

İranda noyabr ayının 12-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 483 nəfərə çatıb. Məlumata görə, hadisə nəticəsində 12 min insan xəsarət alıb. Məlumata əsasən, həlak olanların 237-si kişi, 246-sı isə qadındır.

Türkiyə ard-arda 2 dəfə silkələndi

27 Noyabr 2017 11:11

Türkiyədə ardıcıl iki zəlzələ qeydə alınıb. Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatına görə, 3 bal gücündə ilk zəlzələ ölkənin qərbində, Muğla şəhərindən 24 km cənub-şərqdə qeydə alınıb. Onun ocağı 5 km dərinlikdə yerləşib.

80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət etdi

27 Noyabr 2017 11:07

Bu il “Grenncard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb. “Greencard Azərbaycan” şirkətindən  verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dür. “Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir).

İŞİD Misirdə dövlət qurur – ŞOK İDDİA

27 Noyabr 2017 11:00

İraq və Suriyadan sonra Misirdə də dəhşətli terror aktları törədən İŞİD yeni dövlət qurmaq üçün bu dəfə də bu ölkəni hədəf seçib. Dövlət kimi fəaliyyət göstərməyə çalışan dəstə Misirin Sinay bölgəsindəki məsciddə arasında 27 nəfər uşaq olmaqla 306 nəfərin ölümü ilə nəticələnən terror həyata keçirdi.

Ərdoğanın oğlu həbs edildi? – Vəkilindən AÇIQLAMA

27 Noyabr 2017 10:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Əhməd Burak Ərdoğanın İtaliyada həbs edildiyi xəbəri yayılıb. Bu iddialara Ərdoğanın vəkili Əhməd Özəl cavab verib: “Tvitterdə müvəkkilim Əhməd Burak Ərdoğanın İtaliyada həbs edilməsinə dair xəbərlər yayılıb.

Yeni ildə İŞİD -in hədəfində olan ölkələr

27 Noyabr 2017 09:16

İŞİD terror təşkilatı İngiltərə, Almaniya və Fransada Yeni il şənlikləri zamanı terror aktları törədəcəyi barədə xəbərdarlıq edib. Təşkilat tərəfindən paylaşılan fotoda ingilis, fransız və alman dillərin “Yaxında sizin bayramınızda” ifadəsi yazılıb.

Ərdoğan istefa ilə hədələdi

27 Noyabr 2017 09:11

Bu adam ailəm və mənim haqqımda əsli olmayan yalanlar danışır. Ötən gün yenə məclis kürsüsündən iftiralarını sıralayıb. Övladlarım, qardaşım, yeznəm, qudam xaricə milyonlarla dollar göndərib. Daha əvvəl də mənim 3 milyard dollar pulumun olduğunu iddia etmişdi. Əlində faktın varsa, çıxar millətin qarşısına, mən də lazım olanı edim. Yoxdursa, çıx xalqın qarşısına, iftira etdiyini söylə, üzr istə.

24 min insan təxliyə edildi

27 Noyabr 2017 09:08

25 minə yaxın qadının öldüyü açıqlandı

26 Noyabr 2017 20:04

Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsi nəticəsində 24 min 746 qadın ölüb. Bu, bu gün Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Təşkilatının açıqladığı hesabatda əksini tapıb. Öldürülənlərin 11,5 mini uşaq və yeniyetmə qızlar olub.

Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqda bilmədiklərimiz

26 Noyabr 2017 11:07

Türkiyə Cümhuriyyətinin tarixində mühüm rol oynayan Mustafa Kamal Atatürkü tanımayan insan demək olar ki, yoxdur. Ancaq əksəriyyəti bəlkə də təqdim edəcəyimiz məlumatlardan xəbərsizdir... Beləliklə, Atatürk haqda bilmədiklərimiz...

Viktoriya Bekhem özünü sosial mediada biabır etdi - FOTO

26 Noyabr 2017 10:58

Viktoriya Bekhem hinduşka geyimi ilə sosial mediada gündəm olub. Bekhem hinduşkanın tüklərini xatırladan geyim geyinib.

Boksçu döyüş zamanı aldığı zərbədən öldü 

26 Noyabr 2017 10:55

Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib. Noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşün 8-ci raundunda aldığı zərbədən nokaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb.

İŞİD-in mövqelərinə zərbə endirildi

26 Noyabr 2017 10:51

Rusiya Hava-Kosmik Qüvvələrinin “Tu-22M3” tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əl-İşara yaşayış ərazisində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.