Boksçu döyüş zamanı aldığı zərbədən öldü 

Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib. Noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşün 8-ci raundunda aldığı zərbədən nokaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb.

Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib.

Noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşün 8-ci raundunda aldığı zərbədən nokaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb. Lakin onun komadan ayılmaq şansı olmadığı üçün yaxınları aparatdan ayrılmasına qərar veriblər.

Dünya Boks Assosiasiyası F.Ruisin bütün dəfn xərclərini öz üzərinə götürüb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31