Dünya
Dünya 815 milyon nəfər aclıq çəkir
Avropada və Mərkəzi Asiyada 14 milyondan çox adam aclıqdan əziyyət çəkir. Məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.
Yeni il ağacı 5 nəfərin ölümünə səbəb oldu
Fətullah Gülənin qardaşı oğlu həbs edildi
Məşhur müğənni sevənlərini qorxutdu
Məşhur türkiyəli müğənni Selamı Şahin ötən gecə təcili olaraq xəstəxanaya yerləşdirilib. Olaylar.az bildirir ki, müğənni evində huşunu itirərək yığılıb. Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan Semani Şahinin ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Hələbdə zəlzələ - Məktəblər fəaliyyətini dayandırdı
İraqın Hələb şəhərində yeraltı təkan qeydə alınıb. Olaylar.az bildirir ki, 4,9 bal gücündə olan zəlzələ heç bir dağıntı və təlafata səbəb olmayıb. Lakin rəsmilər bir çox məktəblərin fəaliyyətini dayandırıb.
Britaniyada gizlənən biznesmenlərin siyahısı Putinə veriləcək
Biznes-ombudsman Boris Titov prezident Vladimir Putin üçün Böyük Britaniyada gizlənən Rusiya biznesmenlərinin siyahısını hazırlayacaq. Bu haqda onun özü “RİA-Novosti” agentliyinə bildirib. Titov söyləyib ki, sahibkarların Rusiyaya qayıtmasına icazə verilməsini prezidentdən xahiş edəcək. Onun sözlərinə görə, Rusiyada barələrində cinayət işi qaldırıldığı üçün “İnterpol” tərəfindən axtarılan sahibkarlarla ünsiyyət saxlayırdı.
ABŞ Şimali Koreyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin qərb tərəfinə yüksək hündürlükdə havadan müdafiə sistemi THAAD yerləşdirəcək. Buna səbəb Şimali Koreyanin ballistik raket sınaqlarıdır.
Canlı yayım edən azyaşlı qızlar və əxlaqsız təkliflər... - VİDEO
BBC canlı yayım edilən sosial şəbəkələrlə bağlı araşdırma aparıb. Araşdırmaya görə "Periscope", "Omegle" kimi məşhur saytlara azyaşlı qızlar da daxil olur. Bu azyaşlılar isə onun canlı yayımına baxan oğlanlar tərəfindən əxlaqsızlıq etməyə məcbur edilirlər.
Taylandı su basdı — 15 ölü
Taylandın cənubunda son bir neçə gün ərzində yağan leysan yağışlar güclü daşqınlara səbəb olub. Təbii fəlakət 15 nəfərin ölümünə səbəb olub.Sürətli axıntıya qapılan 15 nəfər suda boğularaq həlak olub.
Ərdoğan partiya liderini məhkəməyə verir
Ermənistanın ordu baş qərargah rəisinin müavini işdən çıxarıldı
Ermənistan ordusunda hərbçilərin yarıtmazlığı işdən qovulma ilə nəticələnib. General-leytenant Aykaz Baqmanyan ordu baş qərargah rəisinin müavini postundan uzaqlaşdırılıb. Erməni prezident Serj Sərkisyan bu barədə sərəncam imzalayır.
"YouTube" şirkəti uyğun olmayan videoların qarşısını alacaq
"Youtube" şirkəti 10 min yeni iş yeri açır. Şirkət uyğun olmayan videoların qarşısını almaq üçün belə bir addım atmaq niyyətindədir. Dünyanın məşhur video axtarış portalı şirkət siyasətini pozan uyğun olmayan videoların qarşısını almaq üçün 10 min nəfər işçi götürəcək.
Baş nazir: "Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya səbəb ola bilər"
Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya gətirib çıxara bilər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib. B.Yıldırım qeyd edib ki, ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımamalıdır: "Bu, beynəlxalq hüquqa ziddir".
Ermənistan 100 milyonluq silah müqaviləsini təsdiqlədi
Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib. Müqaviləyə parlamentin 92 deputatı səs verib. Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, Ermənistana gətiriləcək hərbi təyinatlı məhsullar tamamilə yenidir. Nazir müavini əlavə edib ki, təchizatlar Ermənistanın təhlükəsizliyinin səviyyəsini artıracaq və ölkənin silahlı qüvvələrinin potensialını gücləndirəcək. Onun sözlərinə görə, söhbət “regional əhəmiyyət” daşıyan silah növlərindən gedir.
Rza Zərrabdan İNANILMAZ ETİRAF: Buna görə yalan danışdım
ABŞ ilə işbirliyi edib məhkəmədə şahid qismində iştirak edən azərbaycan əsilli iş adamı Rza Zərrab istintaq zamanı azadlığa çıxmaq üçün yalan söylədiyini etiraf edib. R.Zərrab hakimin apardığı sorğunun ardınca “Xalqbank”ın keçmiş sədrinin köməkçisi Mehmet Hakan Atillanın vəkili tərəfindən bir daha sorğuya çəkilib.














