Dünya

Qvatemala dünya birliyinə qarşı

25 Dekabr 2017 12:36

Qvatemala Prezidenti Cimmi Morales ölkə səfirliyinin Tel-Əviv şəhərindən Qüdsə köçürüləcəyini elan edib və beləliklə bu şəhəri İsrailin paytaxtı kimi tanıyıb. Bu barədə xarici KİV-lər xəbər verir.

Sevgilisinin intiqamını almaq üçün şəhəri qana boyayacaqdı, tutuldu

25 Dekabr 2017 12:35

Türkiyədə terror törətmək istəyən 26 yaşlı qız saxlanılıb. Konya şəhərində polislərə qarşı terror törətməyə hazırlaşan Rojda ləqəbli 26 yaşlı Necla Yıldız PKK-ya üzv olduğuna görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

30 fələstinli həbs edildi

25 Dekabr 2017 12:29

İsrail əsgərləri qərbi Şəriyədə 30 fələstinlini həbs ediblər. Olaylar.az bildirir ki, İsrail əsgərləri fələstinliləri Qərbi Şəriyənin müxtəlif bölgələrində gecə saatlarında keçirilən terrora qarşı əməliyyat zamanı həbs etdiklərini açıqlayıblar. Nəzarətə alınan 8 fələstinli Nablusun cənubunda yerləşən Kasra vilayətindən olduqları bildirilir.

Vyetnamda camaat "Tembin"dən qaçır - Təxliyə

25 Dekabr 2017 12:23

Vyetnam hökuməti "Tembin" qasırğası səbəbindən ölkənin cənub sahillərində təxminən 650 min nəfəri təxliyə edib. Cənub Çin dənizinə çatan güclü küləyin regionda sürətinin saatda 135 kilometrə çatdığı bildirilib. Qasırğanın yaxınlaşması səbəbindən ölkənin cənubunda dərslər dayandırılıb. Sakinlərin təxliyəsinə hərbçilər cəlb edilib.

İstanbuldan Azərbaycana gələn avtobus qəzaya düşüb, 30 nəfər yaralanıb

25 Dekabr 2017 12:08

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb. Məlumata görə, bu barədə “Hürriyyət” xəbər yayıb. Hadisə nəticəsində 30 nəfər yaralanıb.

2017 – ci ildə ən çox kimlər dinlənildi?

25 Dekabr 2017 11:43

Türkiyə mediası 2017 – ci ilin ən çox albom satran müğənnilərinin adını açıqlayıb. Olaylar.az bildirir ki, Tarkan, Sezen Aksu, Ed Sheeran və Amy Winehouse və başqalarının adları daxildir. Türkiyədə ilk beşlikdə Tarkan, Sezen Aksu, Korey Avcı, 19 iyulda vəfat edən məşhur müğənni Harun Kolçak və Erol Evginin olduğu açıqlanıb.

Lavrov: “Bu, humanitar faciəyə səbəb olacaq”

25 Dekabr 2017 11:36

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə statusunu əldə etmək cəhdləri təhlükəlidir və Moskva bunu heç vaxt qəbul etməyəcək. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Rusiyalı “pis oğlanlar”ın siyahısı hazırlanır – Kremlə NÖVBƏTİ ZƏRBƏ

25 Dekabr 2017 11:22

ABŞ prezidenti Donald Trampın administrasiyası “pis oğlanlar”ın siyahısı adlandırılan “Kreml məruzəsi” üzərində işləyir. Bu haqda “Kommersant” nəşri yazıb. Sənədlə Rusiya vətəndaşlarının yer aldığı “qara siyahı” genişləndiriləcək. Siyahıya yüksək vəzifəli Rusiya məmurları və hakimiyyətə yaxın biznesmenlər daxil ediləcək. Sənədin 2018-ci il yanvarın sonuna kimi Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Erməni generallardan Lələtəpə ilə bağlı ŞOK GEDİŞ: "Azərbaycan zabitləri hər gün..."

25 Dekabr 2017 11:21

Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın ötən həftə dediyi sözlər işğalçı ölkədə qarışıqlıq yaradıb. Akopyan erməni ordusunun “aprel müharibəsi”ndə Azərbaycan Ordusunun azad etdiyi əraziləri yenidən işğal edə biləcəyini iddia edib. Lakin o əlavə edib ki, buna ehtiyac yoxdur: “Çünki erməni əsgərlərinin həyatını bu cür xırda şeylərə qurban verməyə dəyməz”.

Kəşfiyyat qrupuna terror hücumu

25 Dekabr 2017 11:07

Əfqanıstanın paytaxtı Kabildə kəşfiyyat qrupunun yerləşdiyi binanın ətrafında terror hadisəsi baş verib. Olaylar.az bildirir ki, İŞİD terror təşkilatı partlayışı öz üzərinə götürüb. Kamikadzenin ərazini partlatması nəticəsində 6 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.