Qvatemala dünya birliyinə qarşı
Qvatemala Prezidenti Cimmi Morales ölkə səfirliyinin Tel-Əviv şəhərindən Qüdsə köçürüləcəyini elan edib və beləliklə bu şəhəri İsrailin paytaxtı kimi tanıyıb. Bu barədə xarici KİV-lər xəbər verir.
25 Dekabr 2017 12:36 DünyaQvatemala Prezidenti Cimmi Morales ölkə səfirliyinin Tel-Əviv şəhərindən Qüdsə köçürüləcəyini elan edib və beləliklə bu şəhəri İsrailin paytaxtı kimi tanıyıb. Bu barədə xarici KİV-lər xəbər verir.
"Mən bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışdım. Söhbət əsnasında vacib mövzulardan biri Qvatemalanın paytaxtının Qüdsə köçürülməsi oldu. Artıq bu prosesin koordinasiyası üzrə lazımi tədbirlərin görülməsi üçün Xarici İşlər Nazirliyini təlimatlandırmışam", - Morales özünün facebook səhifəsində belə yazıb.
Qvatemala BMT-nin Baş Assambleyasının dekabrın 21-də keçirilən iclasında ABŞ-ı dəstəkləyən 9 ölkədən biridir. 128 ölkə isə Qüdsün İsrailin paytaxtı kimi tanınmaması çağırışının yer aldığı BMT qətnaməsinin lehinə səs verib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb. Sia.az