Kəşfiyyat qrupuna terror hücumu

Əfqanıstanın paytaxtı Kabildə kəşfiyyat qrupunun yerləşdiyi binanın ətrafında terror hadisəsi baş verib. Olaylar.az bildirir ki, İŞİD terror təşkilatı partlayışı öz üzərinə götürüb. Kamikadzenin ərazini partlatması nəticəsində 6 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

BBC-nin məlumatına görə, terrorçular səhər saatlarında kəşfiyyatçıları hədəfə alaraq, onlara yaxınlaşaraq özlərini partladıblar.

Qeyd edək ki, bu il dünya ölkələri arasında ən çox İŞİD və Talibanın hücumlarına məruz qalan və çoxlu sayda insan itgisi olan ölkələrdən biri Əfqanıstandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31