Dünya
17 il sonra günahsız olduğu məlum oldu – 3 milyon təzminat alacaq
Qidanın kimyəvi tərkibini müəyyənləşdirmək üçün maraqlı KƏŞF
ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Məlumata görə, qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.
İsveçrə dağlarında qar uçqunu nəticəsində 3 nəfər ölüb
Türkiyə: PKK hələ də Sincardadır
Türkiyənin kəşfiyyat qurumları Sincar bölgəsinin mərkəzi və nəzarət məntəqələrində İraq ordusunun olmasına baxmayaraq PKK-nın “Şenqal (Sincar) Müdafiə Qüvvələri” (YBŞ) adı altında ərazidə varlığını davam etdirdiyini müəyyən edib.
Avstriya uşaq bağçalarında hicabı qadağan etməyə hazırlaşır
Avstriya baş nazirinin müavini, dövlət xidməti və idman məsələləri üzrə nazir Xaynts-Kristian Ştrax ölkədə uşaq bağçalarında və ibtidai təhsil pilləsində hicabın qadağan edilməsini təklif edib.
İran-İraq sərhədində zəlzələ - 5.4 bal
İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında deyilib. Yeraltı təkanlar Bağdad şəhərinin 170 kilometr şimal-şərqində baş verib.
İnsan burnunu göbələklər əvəz edəcək
Rusiyalı alimlər göbələkdən süni burun yetişdirilməsi istiqamətində araşdırma aparır. Araşdırmanı Vladimr Kotelnikova adına Radiotexnika və Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları aparır. Onlar göbələk miselyumundan süni burun yaradacaqlarını iddia edirlər.
Qərb dünya çempionatına mane olur - Rusiya
Bəzi Qərb ölkələrinin əsl məqsədi futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinə mane olmaqdır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Beşinci kanal”a müsahibəsində deyib. “Bu bir arzudur, bu, Qərbin məqsədidir. Bütün metodlar yaxşıdır. Hər kəs fikrini həmin futbol topuna cəmləşdirib”, - Zaxarova bildirib.
Kosmosda qara materiyasız şəffaf qalaktika kəşf olunub
Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Trend-in məlumatına görə, alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir.
Rusiyanın bunu etməsinə imkan verilməyəcək - Latviya
Latviya Rusiyanın “Pasxa”nı korlamasına imkan verməyəcək. Bu sözləri Avropa Parlamentinin Latviyadan olan millət vəkili Artis Pabriks deyib. “Rusiyanın hərbi təlimlərindən qorxmayacağıq. Müşahidə aparacağıq, özümüzə, dövlətimizə və azadlığımıza həssas və inamlı olaraq qalacağıq. Baltik dənizində ani raket təlimləri zamanı Latviya, İsveç və Polşaya dəyəcək iqtisadi zərərin hesablanması yaxşı olardı. Əgər siz hərbi təlimlər keçirmək istəyirsinizsə, bunu öz ərazinizdə etməyi yoxlayın”, - millət vəkili bildirib.
ABŞ-da 521 milyon dollarlıq lotereya bileti satılıb
ABŞ-ın Nyu-Cersi ştatında 521 milyon dollar həcmində uduş gətirəcək lotereya satılıb. Məlumata əsasən, "Mega Millions"un lotereyası ötən cümə günü, Morris dairəsində, "Lukoil"un yanacaqdoldurma məntəqəsində satılıb. Lotereyanın nömrələri 11, 28, 31, 46, 59-dur. Onun qalibi hələ elan edilməyib.
İraqda pişiklər üçün mehmanxana açılıb
İraqın Bəsrə şəhərində pişiklər üçün mehmanxana açılıb. Tələbə-baytar Əhməd Tahir öz evini pişiklər üçün konfortlu otelə çevirib. Mehmanxanada bir gecə qalmaq haqqı 5 min dinar (təxminən 4,2 dollar) təşkil edir.
PKK-nın Afrindən çıxardığı sərvət: Milyonlar və qızıl...
Terrorçular Afrin əhalisinin 50 illik gəlirini oğurlayıb. Bu sözləri Afrin Qurtuluş Şurasının sözçüsü Həsən Şindi deyib. “PKK Afrini 7 ildir yağmalayır. Afrindən qaçarkən xalqdan qəsb etdikləri milyonlarla dollar pul və qızılı iki TIR və bir yük maşınına yükləyərək bölgədən apardılar”, - Şindi bildirib.
Putin Tuleyevin istefasını qəbul etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Regionun rəhbərliyinin icrası müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.
Nahaqdan 13 il həbsxanada qalan İsveç vətəndaşı təzminat alacaq
Etmədiyi cinayətdə təqsirli bilinən və ömrünün 13 ilini dəmir barmaqlıqlar arxasında keçirən İsveç vətəndaşı rekord məbləğdə pul təzminatı alacaq. 2017 ildə Kay Linnanın cinayət işinə təkrar baxıldıqda onun cinayəti əslində törətmədiyi aşkar olunub, buna görə o, 18 milyon İsveç kronu (təxminən 2,2 milyon dollar) təzminat almalıdır. Bu isə İsveç tarixində bu qəbildən olan ən böyük təzminat olacaqdır.














