Dünya

Kim Çen In və xanımı məşhurların konsertində

2 Aprel 2018 10:28

Şimali Koreya lideri Kim Çen In və onun xanımı Cənubi Koreyadan olan pop ulduzların Pxenyandakı konsertində iştirak edib. Bu barədə Cənubi Koreyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

51 il əvvəl dondurulan bu şəxs yenidən canlanmağı gözləyir - Fotolar

2 Aprel 2018 10:19

51 il əvvəl xərçəng xəstəliyinə tutulan və öz razılığı ilə dondurulan Ceyms Bodfordla bağlı yeni iddialar ortaya atılıb.   1967-ci ildə 73 yaşında ikən böyrək xərçəngi olduğunu öyrənən Ceyms gələcəkdə müalicəsinə tibbi çarə tapılacağına ümid edərək qanuni şəkildə bədəninin dondurulmasına razılıq verib. Bedford xəstəliyin müalicəsi kəşf edilərsə, yenidən canlandırlılacaq. Rəsmi qeydiyyata əsasən, ölü olaraq qəbul edilən Ceyms əslində tibbi olaraq ölü sayılmır. 

Tanınmış şair vəfat etdi

2 Aprel 2018 10:17

Tanınmış türk yazıçısı, şairi və tərcüməçi Ülkü Tamer dünyasını dəyişib. Türk ədəbiyyatının canlı əfsanəsi hesab edilən şairiÜ.Tamer Bodrumdakı evində vəfat edib. 81 yaşlı şairin hansı səbəbdən ölməsi ilə bağlı məlumat verilməyib.

Daha bir ölkə rus diplomatlarını ölkəsindən çıxardı

2 Aprel 2018 10:15

İki rus diplomatı Avstraliyanı tərk edib. Bu barədə Avstraliyanın Xarici İşlər naziri Cudi Bişop məlumat verib. Nazir deyib ki, rus diplomatlarına ölkəni tərk etmək üçün 7 gün vaxt verilmişdi, vaxt tamam olduğundan onlar yola salınıb.

Fransadan Türkiyəyə AĞIR ZƏRBƏ - 4 təyyarə ilə...

2 Aprel 2018 10:10

Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında Suriya mövzusundakı danışıqlardan sonra iki ölkə tərəfindən Suriyanın Münbiç bölgəsinə xüsusi təyinatlı əsgərlər göndərilib. Ötən həftə ABŞ prezidenti Donald Trampın "Biz Suriyadan çəkilirik" bəyanatının ardından Pentaqonun Fərat çayının qərb istiqamətindən Suriyanın Münbiç şəhərinə PYD\PKK terror qruplaşmasına dəstək üçün 300 xüsusi təyinatlı əsgər göndərməsinin ardından, bu dəfə də Fransa Türkiyəyə xəyanət etdi.

27 yaşı ailə başçısından DƏHŞƏTLİ CİNAYƏT: Arvadını, 1 yaşlı qızını öldürdü, sonra...

2 Aprel 2018 09:30

Rusiyada 27 yaşlı kişi əvvəlcə ailəsini, sonra da özünü öldürüb. Hüquq-mühafizə şirkətində çalışan 27 yaşlı kişi 31 yaşlı xanımını və 1 yaşlı qızını öldürdükdən sonra, özünü yandırıb. Hadisə ilə bağlı polisə məlumat verən qonşular hadisənin gecə saatlarında baş verdiyini deyib.

Fransada uçan aparat qəzaya uğradı - Ölən və yaralanan var

2 Aprel 2018 09:28

Fransanın İzer departamentində yüngül uçan aparatın qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb. Bu barədə "Europe1" radiostansiyası məlumat yayıb. Hadisə bazar günü departamentin şimal hissəsində baş verib. Qurğunun göyərtəsində 2 nəfər olub.

Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək

2 Aprel 2018 09:26

Aprelin 3-də Qəzza zolağında böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək. Bunu qurumun nümayəndəsi Səid Əbu Əli deyib. İclas Fələstinin müraciəti, Misir, Küveyt və İordaniyanın təşəbbüsü əsasında keçiriləcək.

Diktator vəfat etdi

2 Aprel 2018 09:12

Qvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb. E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı. O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.

ABŞ-ın dövlət katibi postu ona tapşırıldı

2 Aprel 2018 09:10

Con Sallivan ABŞ-ın dövlət katibi vəzifəsinin icraçısı təyin olunub. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəisi Hizer Noyert şəxsi "Tvitter" səhifəsində yazıb.

İranda ard-arda güclü zəlzələ 

2 Aprel 2018 09:09

İranda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri paytaxt Tehrandan 91 km şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.