Dünya
Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı
Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər. İkitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub.
Nazirlik Açıqladı – 61 nəfər məhv edildi
Türkiyə Daxili İşlər Nazirliyi ötən həftə ərzində məhv edilən terrorçuların sayını açıqlayıb. Olaylar.az bildirir ki, Türk Silahlı Qüvvələri ötən həftə 61 terrorçunu zərərsizləşdirib.
Bir ayda 1241 nəfər həlak oldu
Suriya İnsan Hüquqları ötən ay Suriyada həlak olan sivillərin sayını açıqlayıb. Olaylar.az bildirir ki, məlumata əsasən 2018 – ci ilin mart ayında Suriyada 1241 nəfər amansızcasına qətlə yetirilib. Açlıqlamada həlak olanların 80 faizinin həlak olmasına səbəb kimi Bəşər Əsəd - Rusiya qüvvələri göstərilir və 1000 –dən çox insanın həlak olmasın görə qüvvələrin məsuliyyət daşıdığı bildirilir.
Nigeriyada terror aktı - 18 ölü
Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində həyata keçirilən terror hücumu nəticəsində 18 nəfər həlak olub, 80-dən çox şəxs yaralanıb.
Gələn il keçiriləcək G20 sammitinin TARİXİ açıqlanıb
G20 sammiti Yaponiyanın Osaka şəhərində 2019-cu ilin iyun ayının 28-29-da keçiriləcək. Məlumata görə, bu barədə açıqlamanı Tokioda mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin katibi Yosihide Suqa verib. O qeyd edib ki, sammitin bu tarixlərdə baş tutması barədə qərar iri beynəlxalq tədbirlərin keçirilməsi cədvəlinə uyğun olaraq qəbul edilib.
Çin-ABŞ müharibəsi: Pekin cavab ZƏRBƏSİ VURDU
Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128 adda məhsula yüksək rüsumlar tətbiq edib. Pekinin bu addımı ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən polad və aliminiuma tətbiq edilən gömrük rüsumları artırmasına cavab olaraq atılıb.
Avropanın " Grand Turco " - su Fateh Sultan II. Mehmed
"Arvadım qumar oynayıb, 4 milyon uduzub" - aldanmış ər şikayətləndi
Putindən gizlənən casusun etirafı: “Ölüm siyahısında hələ 8 nəfərin adı var”
Ölkənin ən böyük neft quyusu aşkarlandı
Bəhreyndə ölkənin ən böyük neft quyusu tapılıb. Olaylar.az bildirir ki, bu haqda Bəhreyn Təbii Sərvətlər və İqtisadi Təhlükəsizliyin Ali Komitəsi yazılı açıqlama verib. Komitə yeni yeni neft yatağının Bəhreynin rəqabət qabiliyyətini dəstəkləyəcəyini qeyd edib.
Whatsappdan YENİLİK - Dostlarınızın yazışmasını görə bilərsiz
Whatsapp istifadə edən “iOS” mobil əməliyyat sistemli smartfonlarda kontaktların aktivliyini görə biləcəyiniz xüsusi mobil proqram istifadəyə verilib. Çatvoç (“Chatwatch”) adlanan mobil proqram Vatsap (“WhatsApp”) mesencerində kontaktların aktivliyini izləmənizə şərait yaradacaq. Belə ki, proqramın köməyilə dostlarınızın mesencerdən nə qədər aralıqda istifadə etməsi, eləcə də hansı müddət aralığında aktiv olduqları haqqında məlumat ala biləcəksiz.
Mənbicdə durum dəyişir - Fransa 50 zabit göndərdi
Fransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib. Məlumata görə, fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri bildirilib. Məlumata görə, zabitlər həm Suriyadakı, həm də kənardakı bazalardan ola bilər.
Aktyorun ürəyi dözmədi, anasından 6 saat sonra öldü - VİDEO
Musiqiçi, komedia ustası və aparıcı olan 58 yaşlı Ümit Çelik 80 yaşında vəfat edən anasından 6 saat sonra dünyasını dəyişib. Aktyor ölümündən 15 gün qabaq infarkt keçiribmiş.
Çinin nəzarətdən çıxan peyki yerə düşdü
Dünya yeni böhranın astanasında – Trampdan ÇAĞIRIŞ
ABŞ prezidenti Donald Tramp “altılıq” ölkələrinin İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat verib. Ağ Evin başçısı nüvə razılaşmasını ləğv etmək üçün Senatdakı respublikaçılara çağırış edib. Qeyd edək ki, daha əvvəl AŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, Donald Tramp nüvə sazişi ətrafında yaranan fikir ayrılıqlarının nizama salması üçün Tehran barəsində təkrar sanksiyalardan çəkinib. Vitse-prezident vurğulayıb ki, ABŞ gələcəkdə belə yumşaq davranmaq niyyətində deyil.














