Dünya

İstanbulda atışma: polis əməkdaşı yaralanıb

1 Aprel 2018 11:16

Türkiyənin İstanbul şəhərində atışma baş verib. Məlumata əsasən, atışma nəticəsində polis əməkdaşı yaralanıb.

Aİ ölkələri hava çirkləndirilməsinə görə cərimələnə bilər

1 Aprel 2018 11:04

Avropa İttifaqının (Aİ) ekoloji məsələlər üzrə komissarı Karmen Vella bir sıra Aİ ölkələrində havanın çirkli olması ilə bağlı Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir. Məlumata görə, bu barədə bu gün Almaniyanın "Welt am Sonntag" qəzeti məlumat yayıb.   K. Vella məhkəməyə təqdim etmək üçün hazırladığı iddianamədə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya kimi ölkələrin adları yer alıb. İddianamə təmin olunacağı halda bu ölkələri yüksək məbləğdə cərimələnəcək. Məhkəmənin iddianaməni təmin edəcəyi gözlənilir.

Hindistanda bina uçub, 10 nəfər ölüb

1 Aprel 2018 11:00

Bu gün Hindistanın İndaur şəhərində dördmərtəbəli bina uçub. Məlumata görə, bu barədə NDTV telekanalı məlumat yayıb. Binanın uçması nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb. Ağır xəsarət alan 7 nəfərdən ikisinin durumu ağırdır. Şahidlər bildiriblər ki, binaya avtomobil çırpılıb və bundan sonra bina uçub. Hazırda xilasetmə əməliyyatı aparılır.

Misirdə 500-dən çox insan saxlanılıb

1 Aprel 2018 10:55

Misir hərbçiləri ötən həftə Sinay yarımadasında 6 ekstremisti zərərsizləşdiriblər.  Bu barədə ölkənin hərbi qüvvələrinin bəyanatında bildirilir.

Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

1 Aprel 2018 10:53

Türkiyəli müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Bu barədə "Popstar 2018" verilişinin prodüseri və aparıcısı Osmantan Erkır məlumat yayıb. O bildirib ki, B.Ərsoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib: ""Diva"nın "Popstar 2018"in canlı yayımına çıxıb-çıxmayacağı bilinmir. Həkim növbəti günlərdə qərarını verəcək. Ümid edirik bizimlə olacaq".

Rusiya XİN “Skripal işi” ilə bağlı Londona suallar göndərib

31 Mart 2018 21:39

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyaya sabiq polkovnik Serqey Skripalın zəhərlənməsi işi ilə bağlı suallar dərc edib. Bu barədə qurumun saytında yerləşdirilmiş məlumatda bildirilir: "Martın 31-də Rusiyanın Londondakı Səfirliyi Böyük Britaniya XİN-ə "Skripal işi" ilə bağlı sualların siyahını göndərib".

Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

31 Mart 2018 21:36

Fransanın Sen-Şamon şəhəri yaxınlığında təyyarə avtomobil yoluna düşüb. Məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan iki həlak olub.

Şərqi Qutada 8 nəfər terrorçuların əsirliyindən azad edilib

31 Mart 2018 20:04

Suriyanın Şərqi Quta əyalətində 8 nəfər terrorçuların əsirliyindən azad edilib. Məlumata görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin məlumatında deyilir.

Facebook idarəçilərinin gizli yazışması ORTAYA ÇIXDI - ŞOK GERÇƏK

31 Mart 2018 19:50

Son günlər istifadəçilər və reklamverənlər arasında etibarını itirən feysbuk sosial şəbəkəsi daha bir qalmaqal ilə yenidən gündəmdədir.

6 ay yad planetdə qalan kosmonavtdan İNANILMAZ ETİRAFLAR: "Özümüzü unitaza bağlayırdıq ki..."

31 Mart 2018 19:43

“Əzələlərimizin zəifləməməsi üçün gündə iki dəfə idman etməli idik, ancaq bu zaman uçmamaq üçün özümüzü bir yerə bağlamalı olurduq”. Bu sözləri Rusiyalı kosmonavt Aleksandr Lazutkin Türkiyə mediasına müsahibəsində deyib.

Ermənistan bu səbəbdən ən qeyri-tolerant ölkə oldu

31 Mart 2018 19:38

Ermənistan Mərkəzi və Şərqi Avropa ölkələri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub. Məlumata görə, bu barədə “Pew Research Center” tədqiqat mərkəzinin hesabatında qeyd olunur. Bildirilir ki, müvafiq sosial sorğu Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində aparılıb.

Aparıcı xəbər saytlarında virus aşkarlandı

31 Mart 2018 19:15

"Kasperski laboratoriyası" anti-virus şirkətinin mütəxəssisləri bir sıra aparıcı xəbər saytlarında təhlükəli kod aşkarlayıblar. Bu barədə şirkətin internet səhifəsində məlumat yayılıb. Adı açıqlanmayan xəbər saytlarının baş səhifəsində yer alan virusu, davranış analizi sistemi hesabına ifşa etmək mümkün olub. Virusun tərtibatına görə, istifadəçi sayta daxil olan zaman, qabaqcadan yazılmış skript onu "İnternet Explorer" brauzeri ilə  ("VBScript Godmode" eksploytunun köməkliyi) ilə haker serverlərinə yönləndirir.

Hökumət QƏRAR VERDİ: ölkədə bu tarixdə milli sosial şəbəkə YARADILACAQ

31 Mart 2018 16:54

İran ən yaxın həftələr ərzində “Telegram” sosial şəbəkəsini milli messencerlə əvəz etməyi planlaşdırır. Bu haqda İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi bildirib. Bürucerdi vurğulayıb ki, “Telegram”ın İran alternativinin yaradılması haqqında qərar hakimiyyətdə ən yüksək səviyyədə qəbul edilib. Onun sözlərinə görə, qərar ötən il İran şəhərlərində keçirilən etirazların gedişatında “Telegram”ın dağıdıcı rolu nəzərə alınaraq “milli təhlükəsizlik naminə” qəbul edilib.