Dünya
Qadın qızının kimdən olduğunu biləndə ŞOK KEÇİRDİ - 36 il sonra ÜSTÜ AÇILDI
Həkimin süni mayalanma zamanı, əslində, öz spermasından istifadə etdiyi 36 il sonra ortaya çıxıb.
"Rusiya gözəli"nin yeni tacının qiyməti açıqlandı - 1 milyon dollar
"Rusiya gözəli-2018" qalibinə təqdim olunacaq yeni dizayn olunmuş tacın qiyməti açıqlanıb. Məlumata görə, tacın 1 milyon dollar dəyərində olduğu bildirilib. Tacın yeni dizaynı və qiyməti barədə məlumat verən məsul şəxs Larisa Tixonova deyib ki, tacın bəzədilməsi üçün Rusiya bayrağının rənglərində qiymətli daşlardan istifadə olunub.
“Bu vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradıb”
“Dövlət Təhlükəsizlik İdarəsinin sabiq polkovniki Sergey Skripal ətrafında yaradılan vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradıb”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə iştirak etdiyi birgə mətbuat konfransında bildirib.
Amerikada zombi yenotlar peyda olub
ABŞ-ın Oqayo şatının Yanqstaun şəhər polisi sakinlərdən evlərinin ətrafında fərqli davranışlı yenotların peyda olması ilə bağlı çoxsaylı şikayətlər daxil olduğunu bildirib.
Rusiya “öldürdüyü” terrorçunun gizləndiyi yeri açıqladı
İŞİD lideri Əbubəkr Bağdadi İraqda gizlənir. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov deyib. “Bağdadi Suriyada gizlənmir. Böyük ehtimalla, o, İraqdadır. Dəqiq yeri haqqında hələlik məlumat yoxdur. Onun “ovuyla” çox ölkənin xüsusi xidmət orqanı məşğul olur”, – deyə o bildirib.
Türkiyə universitetində dəhşət – 4 ölü, yaralılar da var
Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin Təhsil fakültəsinə silahlı hücum edilib. Bu barədə Türkiyə mətbuatı yazıb. Hücum zamanı ilkin məlumatlara əsasən, 4 tədris işçisi öldürülüb. Yaralıların olduğu bildirilir.
Kral ailəsinin üzvlərinə su içmək qadağan edildi
Dietoloqlar Böyük Britaniya kral ailəsi üçün qadağan olunan qida məhsullarının siyahısını tərtib edib. Məlumata görə, bu addım onların xarici səfərlər zamanı zəhərlənməsinin qarşısını almaq üçün atılıb.
Çili sahilləri 5,6 bal gücündə silkələndi
Çili sahillərində güclü zəlzələ baş verib. Məlumata görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5,6 bal gücündə olduğu barədə bildirib. Məlumata görə, zəlzələ səhər saatlarında 34,9 kilometr dərinlikdə qeyd alınb. Zəlzələnin episentri İkike şəhərindən 51 kilometr məsafədə olub. Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.
Yunanıstan Türkiyəyə meydan oxudu: Cəsarətiniz varsa...
Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Yunanıstanın Müdafiə naziri Panos Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.
Türkiyə ordusu Suriyada yeni hərbi əməliyyata başlayacaq
Türkiyə Silahlı Qüvvələri Suriyanın Təl-Rifat rayonunda hərbi əməliyyatlara başlayacaq. Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ açıqlayıb.
Fransada vertolyot qəzasında 2 nəfər öldü
Fransanın cənub-qərbində vertolyot qəzası baş verib. Məlumata görə, vertolyot qəzasında 2 nəfərin öldüyü bildirilir. Məlumata görə, qəza səhər saatlarında aerodrom yaxınlığında baş verib. Vertolyotun havaya qalxdıqdan bir az sonra qəzaya uğradığı bildirilir. Vertolyot üzümlüklərin üzərinə düşüb və yanmağa başlayıb.
Keçmiş sevgilisinə 4,5 min mesaj yazan fransız həbs edildi
Sevgilisindən ayrılan və bu ayrılıqla barışa bilməyərək 5 ay ərzində ona 4,5 min mesaj yazan fransıza qarşı 1 il müddətinə həbs qətimkan tədbiri seçilib.Məlumata görə, bundan başqa ayrıldıqları müddət ərzində o, keçmiş sevgilisinə 416 dəfə zəng edib.
Ukrayna NATO ilə bağlı qərarını verdi
Ali Radadan çağırış: Şimal axını-2 ləğv edilsin
Ukrayna Ali Radası digər dövlətlərin parlament və hökumətlərini "Şimal axını-2" qaz kəmərinin tikintisinin tamamilə qadağan edilməsi üçün tədbirlər görməyə çağırıb.














