Dünya

Çavuşoğlu: “Biz nüvə silahlarına qarşıyıq”

5 Aprel 2018 15:21

“İki gün əvvəl təməlini atdığımız Akkuyu layihəsi Türkiyənin ilk nüvə enerjisi stansiyası olacaq. Layihə işləri tamam bitdikdən sonra Türkiyənin elektrik enerjisi ehtiyacının yüzdə onu qarşılanacaq”. Məlumata görə, bunu Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Təyyarələr nə üçün ağ rəngdədir?

5 Aprel 2018 15:13

Hava limanı şirkətləri bir təyyarəni rəngləmək üçün 250 litrə yaxın boyadan istifadə edir. Təyyarənin tamamilə boyanıb qurtarması isə, 2 həftəyə başa gəlir.

Səudiyyə Ərəbistanında 35 il sonra kinoteatr

5 Aprel 2018 15:12

Səudiyyə Ərəbistanında 35 il sonra ilk dəfə 18 aprel tarixində açılacaq kinoteatr salonlarında qadınlar və kişilər ayrı – ayrı yerlərdə oturmayacaq. Səudiyyə Ərəbistanının AMC filmləri ilə bağladığı müqaviləyə görə 5 il müddətin də daha 40 kinoteatr açılacaq. 1970 – ci il də ölkədə kinoteatrlar olmasına baxmayaraq din adamlarının narazılığı ilə bağlanmışdır.

Sarkisyan üç müşavirini işdən çıxardı

5 Aprel 2018 14:56

Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad olunub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Peskov: "Rusiyada oliqarx yoxdur"

5 Aprel 2018 14:43

"Rusiyada oliqarx yoxdur. Onların mövcud olduğu dövrlər keçib". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, jurnalistlərin suallarını cavablandırarkən "rusiyalı oliqarxlar" ifadəsini yersiz saydıqlarını söyləyib.

“Qızımın adını yuxumda gördüm…”

5 Aprel 2018 14:34

Türkiyə Milli Komandasının və “Beşiktaş”ın ulduz futbolçusu Canər Ərkin 4 aylıq hamilə həyat yoldaşı Şükran Ovalı ilə görüntülənib. Canər Ərkin uşağının adının qoyulması üçün xüsusi adam tutduğu iddiasına gülümsəyərək, belə bir peşənin olduğunu mediadan öyrəndiyini və qızlarının adına həyat yoldaşı ilə birlikdə qərar verdiyini açıqlayıb.

Bülənt Ərsoy qadın olmasaydı…

5 Aprel 2018 14:30

Prodüsser Türkər İnanoğlu türk mediasına istinadən Bülət Ərsoyun kişi olarkən çəkildiyi filmlərin çox bəyənildiyini, çox tərbiyəli və zarafatcıl bir adam olduğunu, əgər qadın olmasaydı, bu gün daha da zirvələrdə olacağını, qadın olmasının  onun kökəlməsinə səbəb olaraq xarici görünüşünə mənfi təsir göstərdiyini bildirib.

Salman Xan həbs oluna bilər

5 Aprel 2018 13:42

Məşhur Bollivud ulduzu qanunsuz heyvan ovuna görə cəzalandırılıb. Ən varlı aktyorlardan hesab edilən Salman Xanın 1998-ci ildə iki nəsli kəsilməkdə olan antilopu öldürdüyü məlum olub (antilop - boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən, görkəmcə marallara bənzəyən heyvan növünə verilən addır).

Sabiq prezidentə 12 il həbs tələbi

5 Aprel 2018 13:33

Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula da Silva həbs edilə bilər. Ali Məhkəmə korrupsiyada adı hallanan Lulaya 12 il həbs tələb edib. Ölkənin ən reytinqli siyasətçisi olan Lula da Silva bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin aşkar favoritidir.  Sol cinahın təmsilçisi olan siyasətçi hakimiyyəti dövründə həyata keçirdiyi islahatları və yoxsulluq səviyyəsini aşağı endirməklə tanınır. O, ittihamları rədd edərək ölkədəki oliqarxların hədəfi olduğunu bildirir və prezidentliyə namizədliyinə mane olmaq məqsədi daşıdığını iddia edir.

“Rusiya ilə 300 illik müharibə davam edəcək” – ŞOK PROQNOZ

5 Aprel 2018 13:32

Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir davam edir. Bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib. Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb.

Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi

5 Aprel 2018 13:25

Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib. Hazırda mağazalarda qadağadan əvvəl idxla edilən geyimlər satılır.

Türkiyədə fövqəladə vəziyyətin müddəti yenə uzadılacaq

5 Aprel 2018 13:14

Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılacaq. Məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib. Baş nazir müavininin sözlərinə görə, fövqəladə vəziyyətin uzadılmasına ehtiyac var, çünki Fətullah Gülən terror hərəkatı ilə mübarizə hələ bitməyib.

“Facebook”dan 87 milyon istifadəçinin məlumatları sızıb

5 Aprel 2018 13:01

“Facebook” şirkətinin rəhbərliyi  xəta nəticəsində şəxsi məlumatları “Cambridge Analytica” şirkətinə ötürülən sosial şəbəkə istifadəçilərinin sayınının əvvəllər elan olunduğu kimi 50 yox, 87 milyon olduğunu  açıqlayıb.

Gürcüstanda kömür mədənində uçqun olub, altı nəfər ölüb

5 Aprel 2018 12:59

Gürcüstana Tkibuli şəhərində yerləşən Mindeli kömür mədənindəki tunnellərdən birində divarların deformasiyası nəticəsində dam uçqunu baş verib. Nəticədə 6 fəhlə ölüb, 3-ü isə xəsarət alıb.