Dünya

İnsan genomunun atlası yaradılıb

24 Aprel 2018 18:50

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genlərinin və embrional gövdə hüceyrələrinin müasir redaktəsi texnologiyasından istifadə etməklə insan genomunun atlasını yaradıblar. Tədqiqat hansı genlərin insan sağlamlığı və ya xəstəliyi üçün məsuliyyət daşıdığını izah edir.

Serbiyada Roma İmperatorunun qəbri tapıldı

24 Aprel 2018 18:35

Serbiyanın cənubunda, Viminatsiumada aparılan arxeoloji qazıntılar zamanı dövlət rəhbərinin qəbri tapılıb.  Viminatsiuma qədim Roma şəhəridir və sərdabənin Roma İmperatoru Mark Avreliy Karinə məxsus olduğu ehtimal edilir. Amma sərdabə eramızın 3-cü əsrinə aiddir. Roma hakimləri məşhur sələflərinin adlarını özlərinə götürməyi xoşlayırdılar. Məsələn, Kaliqulu Qay Yuliy Sezar Avqust Germanik adlanırdı.

Alimlər süni insan beyni yetişdirdilər

24 Aprel 2018 18:30

ABŞ alimləri kiçik insan beyni yetişdiriblər. Süni beyin siçanlara yerləşdirilib. Eksperimentin nəticələri barədə “Nature Biotechnology” jurnalı məqalə dərc edib.

Ermənistanı ayağa qaldıran casus fəaliyyəti

24 Aprel 2018 18:16

Ermənistanda təxminən bir həftədir davam edən üsyan bəhrəsini verdi: yenicə baş nazir kürsüsünə oturan Serj Sarkisyan istefasını bəyan edərək hökumət binasını tərk elədi. Hələlik onu bu vəzifədə başqası əvəzləyir. Amma müvəqqətidir, yaxınlarda kiminsə seçiləcəyi şübhəsizdir. Bu kim olacaq: Nikol Paşinyanmı, yoxsa başqasımı? Seçiləcək şəxs erməni xalqının adamı olacaq, yoxsa Rusiyanın və ya Amerikanın? Suallar çoxdur və artıq tədricən cavablar da ortaya çıxmaqdadır.

Məxməri inqilabdan sonrakı Ermənistan və Dağlıq Qarabağ ssenarisi

24 Aprel 2018 18:11

Ermənistanda başlayan etirazlar məntiqi nəticə ilə yekunlaşdı. Bəzi müxalif dairələrin belə dəstəkləmədiyi Nikol Paşinyan erməni xalqının da köməyi ilə Sarkisyanı hakimiyyətdən devirə bildi. Bu baş verdi və artıq Sarkisyansız bir Ermənistan qurulur. Açığı iğtişaşların belə həddə çatacağını və Serjin buna tab gətirməyib istefa verəcəyini proqnozlaşdıranların sayı az idi. Lakin reallıq bir çox siyasiləri tamam fərqli mənzərə ilə üz-üzə qoydu. Fakt odur ki, Moskva daha öncəki ixtişaşlarda, hətta Serj Sakisyanın öz millətinə divan tutuduğu vaxtlarda belə onu dəstəklədi.

Polis getdiyi evdə ŞOK OLDU - 6 uşaq atası yarıçılpaq halda ... 

24 Aprel 2018 18:03

Türkiyənin İsparta rayonunda 17 yaşlı əqli qüsurlu oğlan uşağını zorladığı deyilən şəxs evdə yarıçılpaq vəziyyətdə yaxalanıb.

Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

24 Aprel 2018 17:35

"Almaniya üçün alternativ" ultrasağçı partiya miqrantlar arasında "Əl-Qaida" terror qruplaşmasının keçmiş lideri Usama ben Ladenin mühafizəçisinin olduğu aşkar edib. Məlumata görə, Sami A. adlı şəxsin hətta qaçqınlar üçün müavinət də aldığı məlum olub.

4 min rusiyalı "xəstəxanalıq oldu" - Gənə dişləyib

24 Aprel 2018 17:23

Son bir ay ərzində gənə dişləməsi ilə əlaqədar 4 min rusiyalı xəstəxanalara müraciət edib. Məlumata görə, bu, Rusiyada martın 15-dən başlayaraq gənə virusu ensefaliti ilə bağlı keçirilən monitorinqlər nəticəsində məlum olub.

Ermənistanda yeni baş nazirin seçkiləri mayın 2-də keçirilə bilər

24 Aprel 2018 16:59

Ermənistanda yeni baş nazirin seçkiləri may ayının 2-də keçirilə bilər. Bu barədə Ermənistan parlamentinin komissiya başçısı bildirib.

Kreml: "Ermənistandakı situasiyanı Ukraynadakı dövlət çevrilişi ilə müqayisə etmək yersizdir"

24 Aprel 2018 15:58

"Ermənistanda vəziyyət qeri-sabitlik yolu ilə getmir. Kreml bu ölkədə sabitliyinin qorunub saxlanmasına və siyasi konsensusun əldə olunmasına ümid edir". Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

24 Aprel 2018 15:47

Çeçenistan lideri Ramzan Kadırov “Rossiya 24” telekanalına müsahibə verib. Mənbəyə istinadən xəbər verir ki, Kadırov Tramp və Merkel kimi Qərb siyasətçilərinin Çeçenistana gələcəkləri təqdirdə nə baş verəcəyi barədə danışıb.

“Sarkisyan etiraz dalğasını beşiyində boğa bilmədi, çünki...”

24 Aprel 2018 15:45

“Sarkisyan etiraz dalğasını beşiyində boğa bilərdi. Amma ona görə edə bilmədi ki, prezident olduğu dönəmdə Avropa Birliyi ilə assosiativ müqavilə imzalamışdı. Bundan irəli gələn bəzi siyasi və hüquqi öhdəliklərə görə Sarkisyan çəkincəli davrandı. O, baş nazir kimi öz müavinini ABŞ-a göndərmişdi və orada yeni maliyyə yastığının yaradılması üçün ABŞ rəhbərliyi ilə danışıqlar aparılırdı. Belə bir vəziyyətdə nümayişçilərə zorakı güc tətbiq olunsaydı, Ermənistan həm ABŞ, həm də AB səviyyəsində ediləcək yardımlardan, dilənçi paylarından məhrum olacaqdı”.

Tacikistanda ÜDM-in 27%-i əmək miqrantlarının pul köçürmələrinin payına düşür

24 Aprel 2018 15:44

Dünya Bankı ümumi daxili məhsulunun əhəmiyyətli hissəsini başqa ölkələrdə çalışan əmək miqrantlarının pul köçürmələrinin təşkil etdiyi ölkələrin siyahısını açıqlayıb.