Serbiyada Roma İmperatorunun qəbri tapıldı

Serbiyanın cənubunda, Viminatsiumada aparılan arxeoloji qazıntılar zamanı dövlət rəhbərinin qəbri tapılıb.  Viminatsiuma qədim Roma şəhəridir və sərdabənin Roma İmperatoru Mark Avreliy Karinə məxsus olduğu ehtimal edilir. Amma sərdabə eramızın 3-cü əsrinə aiddir. Roma hakimləri məşhur sələflərinin adlarını özlərinə götürməyi xoşlayırdılar. Məsələn, Kaliqulu Qay Yuliy Sezar Avqust Germanik adlanırdı.

Şəhər eramızın birinci əsrində salınıb. Əvvəlcə bu ərazi hərbi düşərgə idi. Sonradan əhalinin sayı 40 minə çatdı və o dövrün meqapolisinə çevrildi. Arxeoloqlar qazıntılar zamanı Roma mədəniyyətinə məxsus bir sıra binalar kəşf ediblər. 

Tapılan sərdabəni alimlər niyə imperatora məxsus olduğunu düşünürlər? Bunun bir neçə səbəbi var. Birincisi, mavzoleyin özü burada yatan şəxsin Roma hakim ailəsinə məxsus olduğundan xəbər verir. İkincisi, yaxınlıqdakı qəbirlər hamısı elit təbəqəyə məxsusdur. Sərdabənin yanında isə başında dəfnə çələngi olan mərmər heykəl tapılıb. Bu isə imperator hakimiyyətinin simvoludur. Nəhayət, sərdabənin üstündə "Damnatio memoriae" yazısı var. Qədim Romanın hüquq sisteminə əsasən, bu yazı hakimiyyətdən sui-istifadə edənlərin qəbrinə yazılıb. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31