Dünya
Ermənistanın baş nazir əvəzi bəyanatla çıxış edib: "Bir-birimizə təzyiq göstərmək lazım deyil”
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan bu gün səhər bəyanatla çıxış edib. K.Karapetyan bildirib ki, Ermənistan prezidentinə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrin iştirakı ilə görüş təşkil etməyi təklif edib: "Ən məntiqli qərar siyasi partiyaların qanun çərçivəsində bir masa arxasında oturaraq, əgər ehtiyac olarsa, növbədənkənar seçkilərin keçirilməsini müzakirə etmək, vaxtı təyin etmək barədə müzakirə aparmasıdır.
Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı
Yerevanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb. Məlumata görə, N.Paşinyan aprelin 25-də hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini bəyan etsə də, ötən gün məlum oldu ki, görüş baş tutmayacaq. Baş nazir vəzifəsini icra edən Karen Karapetyan bildirib ki, N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Müxalif deputat isə öz növbəsində elan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər.
İşə getməmək üçün maşınla adam vurdu
ABŞ-ın Vaşinqton ştatında 22 yaşlı şəxs işə getməmək üçün avtomobillə bir neçə nəfəri vurub. Məlumata görə, iki qadın xəsarət alıb, daha bir nəfər isə canını qurtara bilib. Həmin şəxs öz qurbanlarını öldürmək niyyətində omadığını, sadəcə xəsarət yetirmək istədiyini bildirib.
Paşinyan erməni xalqını VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ çağırdı
“Biz hakimiyyətə öz istəyimizi diqtə etdirməliyik. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı vətəndaş itaətsizliyinə çağırıram”.
Ermənistanda kritik gün - bu gün inqilabın taleyi həll olunur
ABŞ Milli Təhlükəsizlik Agentliyinə yeni direktoru təyinatı
ABŞ Senatı Milli Təhlükəsizlik Agentliyinə yeni direktoru təsdiqləyib. Həmin vəzifəyə yekdilliklə general-leytenant Pol Nakason təsdiq olunub.
Qeyri-adi dəniz heyvanı tapıldı - Alimlər ŞOKDA - FOTO
ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin alimləri Meksika körfəzində qeyri-adi heyvanın fotosunu çəkiblər. Bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
ABŞ-da hərbi təyyarə qəzaya uğradı
Sabiq prezident ürəyindən əməliyyat olundu
İtaliyanın keçmiş prezidenti, 92 yaşlı Corco Napolitano ürəyindən əməliyyat olunub. Sabiq prezident dünən gecə döş qəfəsində güclü ağrılar hiss edib. Corco Napolitano həkimin məsləhəti ilə xəstəxanaya yerləşdirilib və dərhal ürəyindən əməliyyat olunub.
Xanımı Trampı yenə pərt etdi - VİDEO
"İlin qaçqını" məlum oldu
“Suomen Pakolaisapu” (“Qaçqınlara yardım”) təşkilatı Vantaadan Sirva Fariki və Kaarina şəhərində yaşayan Əhməd Hosseyni “İlin qaçqını” elan edib. Mükafatların təqdim edilməsi mərasimi aprelin 24-də Helsinkidə keçirilib.














