Ermənistanda yeni baş nazirin seçkiləri mayın 2-də keçirilə bilər
Ermənistanda yeni baş nazirin seçkiləri may ayının 2-də keçirilə bilər. Bu barədə Ermənistan parlamentinin komissiya başçısı bildirib.
24 Aprel 2018 16:59 DünyaErmənistanda yeni baş nazirin seçkiləri may ayının 2-də keçirilə bilər. Bu barədə Ermənistan parlamentinin komissiya başçısı bildirib.
Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.
Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31