Dünya

Şagirdləri mitinqə buraxmayan direktor işdən qovuldu -  İrəvanda

6 May 2018 11:26

Yerevanda Monte Melkonyan adına 11 saylı məktəbin direktoru Ruzanna Azizyan şəhər merinin qərarı ilə vəzifəsindən azad edilib. Bu barədə “Radio Azatutyan” məlumat yayıb.

2021-ci ildə Dünya buz dövrünə girəcək - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

6 May 2018 11:02

Günəş ləkələrinin azalmağa başlaması onun solar minimum mərhələsinə girməyə hazırlaşdığını göstərir və bu, dünyanın mini buzlaqlaşma çağına girməsinə səbəb ola bilər. Alimlərin sözlərinə görə, Günəş hər 11 ildə bir solar maksimum və solar minimum mərhələsinə girir. Lakin solar minimum müddəti 11 ildən daha uzun olarsa, Dünyanı buzlaqlaşma təhlükəsi gözləyir.

Film çəkilişi zamanı FACİƏ - Hadisədən əvvəl son fotosunu...

6 May 2018 10:57

Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da "Cerald" ləqəbli zürafənin hücumu zamanı ölüb. Bu barədə "The Sun" məlumat yayıb. Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb.

Meksikada yük maşınında 9 nəfərin cəsədi tapıldı

6 May 2018 10:56

Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində yük maşınında 9 nəfərin cəsədi aşkar edilib. Aşkar olunan cəsədlərin arasında yük maşının sürücüsünün də meyiti olub.

Bengü nişanlandı -  Fotolar

6 May 2018 10:54

Müğənni Bengü ərə getməyə hazırlaşır. İfaçı 1 ildir sevgili olduğu Səlim Səlimoğlu ilə nişanlanıb. Bengünün evində baş tutan mərasimdə yalnız yaxın dostları və qohumları iştirak edib.  

Trampla Tereza Mey arasında telefon danışığı oldu

6 May 2018 10:50

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iki ölkə lideri ticarət məsələlərini, Şimali Koreyanın nüvəsizləşdirilməsini, İranın nüvə dosyesini və Ağ Ev rəhbərinin Britaniyaya iyulda planlaşdırılan səfərini müzakirə ediblər.

Rusiyada aksiya: 1300-dən çox etirazçı saxlanıldı

6 May 2018 10:41

Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb. Yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb. Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.