Dünya

ABŞ-da 6,9 bal gücündə zəlzələ oldu

5 May 2018 09:47

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Dörd partiya Ərdoğana qarşı birləşdi

5 May 2018 09:28

Cümhuriyyət Xalq Partiyası, İYİ Partiyası, Səadət Partiyası və Demokrat Partiyası dördlü ittifaqın qurulması ilə bağlı prinsipcə razılaşıblar. Müxalifət ittifaqı “Millət ittifaqı” adlandırılıb. Partiyalar mayın 5-i yerli vaxtla saat 15.00-də protokol imzalayacaq.

Dəməşq atəşə tutuldu - 8 nəfər yaralandı

5 May 2018 09:25

Dəməşqin yaşayış məhəllələrinin atəşə tutulması nəticəsində 8 nəfər xəsarət alıb. Bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

Türkiyədə zəlzələ oldu

5 May 2018 09:18

Türkiyənin İzmir şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

İsrail geri çəkildi

5 May 2018 09:02

İsrail bu gün BMT Təhlükəsizlik Şurasına 2019-2020-ci illərdə qeyri-daimi üzv olmaq üçün namizədliyini geri götürüb. Bunu Reuters-a BMT-də mənbə bildirib. Qeyd olunur ki, ölkə bu qərarı təşkilata üzv olmaq üçün şansların az olduğuna görə verib.

ABŞ Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı

5 May 2018 08:56

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.