Ermənistanda etiraz aksiyası zamanı Üzeyir Hacıbəyovun musiqisi ifa edildi — VİDEO
5 May 2018 20:18 DünyaErmənistanda keçirilən etiraz aksiyalarında erməni xisləti bir daha özünü biruzə verib.
Küçələrə axışan etirazçılar içində canlı musiqi ifa edən bir qrup görünüb. Qrup dahi sənətkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsərindən bir parçanı ifa ediblər. Görünür bu musiqinin də seçilməsi heç də təsadüfi deyil.
Ermənilərin illər boyu musiqi, rəqs, mətbəx, toponim, torpaq oğurluğuna indi deyəsən dahi Üzeyirin bu parçası da əlavə ediləcək.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31