Ankaranın mərkəzində 500 ildən sonra DƏHŞƏTLİ SEL: maşınlar, insanlar...
5 May 2018 21:33 DünyaTürkiyənin paytaxtı Ankarada yağış küçələri çaya çevirib.
Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Mamak qəsəbəsində yağan güclü yağış dəhşətli anlara səbəb olub. Yağışdan sonra yaranan sel qorxunc görüntülər yaradıb. Sel yoldakı nəqliyyat vasitələrini önənə qataraq sürükləyib. Bu zaman küçədə dayanan bir nəfər də selə qapılıb.
Ətrafdakı tikililərin çoxunu su basıb. Mamak bələdiyyə sədri 6 nəfərin xəstəxanalıq olduğunu deyib. Məlumata görə, bu 500 ildə bir rast gəlinən təbii fəalkətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31