Rusiyada aksiya: 1300-dən çox etirazçı saxlanıldı
6 May 2018 02:23 DünyaRusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb.Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb.Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildirilib ki, saxlanılanlar məsuliyyətə cəlb ediləcək. Moskva meriyası mayın 5-də aksiyanı Saxarova prospektində keçirməyi təklif edib. Lakin təşkilatçılardan biri - Aleksey Navalnıy tərəfdarlarını Tversk küçəsində razılaşdırılmamış aksiyaya çıxmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31