Pakistanlı nazirə sui-qəsd təşkil olundu
6 May 2018 20:27 DünyaPakistanın daxili işlər naziri Əhsan İqbala sui-qəsd edilib.
Hadisə Pəncab əyalətində, Naroval şəhərində baş verib. Nazirin sui-qəsd nəticəsində güllə yarası aldığı bildirilir.
Qeyd olunur ki, DİN rəhbəri öz avtomobilində olan zaman gənc bir oğlan tapançadan ona atəş açıb. Güllə onun sağ çiyninə dəyib. Nazir təcili xəstəxanaya çatdırılıb. Sui-qəsdi edən gənc saxlanılıb.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31