Dəniz körpüsünün uçması nəticəsində 8 nəfər yaralandı

Türkiyənin qərbində yerləşən Didim şəhərindəki dəniz körpüsünün çökməsi nəticəsində səkkiz nəfər yaralanıb.

Beşulduzlu otelə məxsus 10 metr hündürlüyündə beton körpü üzərində çoxlu sayda insanın olduğu zamanı uçub.

Hadisə yerinə gələn xilasedicilər hamını xilas edə biliblər. Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, iki qadının vəziyyəti ağırdır.

Onların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31