Dünya
Fransızlar Qurani-Kərimə dəyişiklik etmək istəyir - "Bu ayələr çıxarılsın"
300 fransız yazıçı və siyasətçinin Qurani-Kərimdən bəzi ayələrin çıxarılması tələbinə qarşı Türkiyə kəskin mövqe sərgiləyib. Türkiyənin Avropa İttifaqındakı təmsilçisi Ömər Çelik bəşəriyyətin müqəddəs kitabı Qurani-Kərimə qarşı bu cür iddialar irəli sürən fransızların İŞİD terrorçularından bir fərqinin olmadığını dilə gətirib.
Tramp və Kim arasında tarixi görüşün YERİ və VAXTI açıqlandı
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In ehtimal ki, iyunun ortalarında Sinqapurda görüşəcəklər. Bu haqda diplomatik mənbələrə istinadən Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti bildirib. Diplomatik mənbələrin isə Trampının milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltondan sitat gətirdiyi deyilir.
100 il sonra eyni ssenari - Fransa Suriyaya QOŞUN YERİDİR
PKK işğalı altında olan ərazilərə əsgər və silah-sursat yardımı edərək Suriyanın şərqində yerləşən Fransa 100 il əvvəl Osmanlı dövlətinə etdiyi xəyanətini bu dəfə də PKK-nın vasitəsilə gerçəkləşdirdi. PKK-dan istifadə edərək Suriyaya girən Fransa ABŞ Prezidenti Donald Trampın "Suriyadan çıxacağıq" açıqlamasından sonra PKK terrorçularının nəzarətində olan bölgələrə əsgər yeritməyə başlayıb. İlk olaraq Münbiçə və Deyr-ez-Zor bölgələrinə qoşunlar göndərib.
2 gündə 274 zəlzələ baş verdi
Salvadorda son iki gün ərzində 274 zəlzələ baş verib. Onlardan 37-si hiss olunub. Zəlzələ nəticəsində bir uşaq xəsarət alıb, 11 ev uçub, 170 tikiliyə isə zərər dəyib. Baş verən zəlzələlər 3,2-5,6 bal güclərində olub.
Ərdoğan şahid oldu - FOTO
Müğənni Alişan və aktrisa Buse Varol bu gün nikah masasına oturub. Müğənni həyat yoldaşını davul-zurna ilə ata evindən götürüb. Cütlüyün toy günündə ölkənin məşhur simaları toplanıb. Prezident Rəcəb Tayyib Ərdoğan Alişanın nigah şahidi oldu.
Ərdoğan: "Türkiyə Suriya və İraqda hərbi əməliyyatları dayandırmayacaq"
"Türkiyə silahlı qüvvələri Suriya və İraqın şimal hissəsindəki kürd terrorçulara qarşı hərbi əməliyyatları sona qədər davam etdirəcək". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının fəalları önündə çıxışı zamanı dilə gətirib. O bildirib ki, Türkiyə bu əməliyyatları yarımçıq qoymayacaq:
Kəndin əhalisi atəşə tutuldu: 45 nəfər öldürüldü
Nigeriyanın Kaduna əyalətinin Qvakska kəndində silahlıların yerli sakinləri atəşə tutması nəticəsində 45 nəfər ölüb. Silahlı insident zamanı çoxlu sayda insan yaralanıb. Öldürülənlər arasında qadınların və uşaqların olduğu bildirilir. Bundan əlavə, naməlum şəxslər bir neçə yaşayış evini yandırıb.
Öpüşün sirri - Hər şey istədiyin kimi olsun?
İsveçlilərin öpüşlə bağlı gözəl bir sözü var: öpüş zəngdir. O, qəlbin nə istədiyini büruzə verir. Qəlbindən onun boynuna sarılıb, dodaqlarından öpmək keçir. Amma o, buna icazə vermir. Və ya... birinci öpüşdən sonra o səndən uzaqlaşmağa başlayıb. Çünki sən yanlış hərəkətlərə yol vermisən. Onun öpüşlərindən həzz alıb, istədiyini etməsini arzulayırsan?
Bu gün Putinin inauqurasiya mərasimidir - Ssenari
Rusiya prezidenti seçilmiş Vladimir Putinin inauqurasiya mərasimi ənənəvi ssenari üzrə keçiriləcək. Bunu Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
Mədinədə KİLSƏ TİKİLƏCƏK - Kralla Papa RAZILAŞDI
Səudiyyə Ərəbistanı ilə Vatikan arasında bu yaxınlarda imzalanan əməkdaşlıq müqaviləsinin detalları bu gün mediaya açıqlanıb. Səudiyyə Ərəbistanda keçən ay Vatikanın "Dinlərarası Dialoqun"da imzalanan əməkdaşlıq müqaviləsinə görə, Vatikan rəsmiləri Həzrət Məhəmməd Peyğəmbərin qəbrinin yerləşdiyi Mədinə şəhərində kilsə inşa etdirəcək.













