Çində dəniz mavi neon rənginə boyanıb - FOTO
7 May 2018 08:42 DünyaCGTN teleşirkəti Çinin Dalyan şəhərinin şimal-şərq sahilindən maraqlı görüntülər yayımlayıb.
Video kadrlarda dəniz suyunun sahildə tam olaraq mavi neon rənginə boyandığı müşahidə olunur.
Bu təbii fenomen bioluminesans adlanır.
Adətən belə hallara isti sularda rast gəlinir. Burada milyonlarla mikroorqanizmlər dalğaların təsirindən müəyyən rəngdə işıq saçırlar.
Bioloqların fikrincə, mikroorqanizmlər yırtıcıları qorxutmaq üçün də işıq saça bilirlər.

Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31