Dünya

İsrail ordusu daha 11 fələstinlini saxladı

31 Yanvar 2019 17:06

İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 11 fələstinlini saxlayıb. Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.