Ofisiantlara 20 min dollar bəxşiş verdi
31 Yanvar 2019 15:52 DünyaAmerikalı müğənni Dreyk restoranların birində görüntülənib.
32 yaşlı reper gecə getdiyi "fast food" restoranında çalışan iki ofisiant qadına 20 min dollar bəxşiş verib.
Bu barədə istifadəçilərdən biri Dreykin işçilərə pul verərkən çəkilən görüntüsünü "Twitter"də paylaşaraq məlumat verib.
Fotoda Dreyk mühafizəçilərin arxasında dayanıb və qadınlara pul uzadır. Bildirilir ki, reper onların hərəsinə 10 min dollar verib.
Qeyd edək ki, sənətçi həmin restorandan foto paylaşsa da, verdiyi bəxşişlə bağlı heç bir informasiya yaymayıb.
Axşam.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31