Sürücülər üçün ən təhlükəli Avropa ölkələri
31 Yanvar 2019 16:54 DünyaAvstriya Avropada sürücülər üçün ən təhlükəli ölkə sayılır.
Bu ölkədə yaşayan hər 10 min nəfərə 44 yol qəzası düşür.
"Daily Mail" xəbər verir ki, bu barədə Avropa Komissiyasının hesabatında deyilir.
Sənədə əsasən, Almaniya və Belçika yolları da az təhlükəli deyil. Almaniyada hər 10 min nəfərə 37, Belçikada isə 35 yol nəqliyyat hadisəsi düşür.
Qədim qitənin sürücüləri üçün ən təhlükəsiz ölkələr Kipr (10,5), Finlandiya (8) və Danimarka hesab olunur.
Sonuncuda hər 10 min nəfərin payına cəmi beş yol qəzası düşür.(oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31