İsrail ordusu daha 11 fələstinlini saxladı
İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 11 fələstinlini saxlayıb. Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.
31 Yanvar 2019 17:06 Dünyaİsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 11 fələstinlini saxlayıb.
Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.
Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.
Qeyd edək ki, Fələstin rəsmi qaynaqlarında yer alan məlumatlara görə, İsrail həbsxanalarında 430 inzibati məhbus, 270-dən çox uşaq olmaqla təxminən 6 min fələstinli məhbus var.