Dünya

"Sarı-jiletlilər" barədə 1800 hökm

13 Fevral 2019 10:45

Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib. Bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat verib.

Bu dövlətin adı dəyişdi

13 Fevral 2019 10:38

Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib. Bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və keçmiş Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.

Gizli basdırılmış onlarla insan cəsədi aşkarlandı

13 Fevral 2019 10:35

Meksikanın Kolima ştatında gizli basdırılmış təxminən 70 cəsəd aşkarlanıb. Bu barədə yerli baş prokurorluq bildirib. "Tekoman bələdiyyəsində, Santa-Rosedə 69 cəsəd aşkar olunub. Hazırda genetik müəyyənləşdirmə işi aparılır. Federal hokümət axtarışların davam etməsi üçün avadanlıqla və heyətlə yardım göstərir", - deyə xəbərdə bildirilir.