Rusiya XİN-dən ABŞ-a sərt xəbardarlıq

Rusiya ABŞ-a Venesuelanın daxili işlərinə müdaxilə etməməsi xəbərdarlığını edib.

Olaylar.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov və ABŞ-lı həmkarı Pompeo Venesuelada son hadisələri müzakirə edib.

Rusiyanın BMT-nin nəzdində mövzu ilə bağlı müzakirələrə hazır olduğunu qeyd edən Lavrov, ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını sərtləşdirməsi planını tənqid edib.

Nazir telefon danışığı zamanı ABŞ-a Venesuelanın daxili işlərinə müdaxilə etməməsi xəbərdarlığını edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31