"Güclü Ermənistan" liderinin işi üzrə istintaq qrupunun rəhbəri istefa verib – ÖZƏL
10:39 DünyaOlaylar.az xəbər verir ki, "Joxovurd" qəzetinin məlumatına görə, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın işi üzrə 53 nəfərlik istintaq qrupuna rəhbərlik edən Spartak Poqosyan gözlənilmədən İstintaq Komitəsindən istefa verib. Qeyd olunur ki, Poqosyan 2025-ci ildə səmərəli fəaliyyətinə görə komitə rəhbərliyi tərəfindən mükafatlandırılmışdı.
Erməni Həvari Kilsəsini müdafiə edən bəyanatından sonra 17 iyun 2025-ci ildə hüquq-mühafizə orqanlarının hədəfinə düşən Samvel Karapetyan artıq 1,5 ildirdir ki, həbsdədir (hazırda ev dustaqlığındadır) və onun məhkəmə işi Antikorrupsiya Məhkəməsində baxılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31