Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırır-ÖZƏL

Koreya Respublikası Ukraynada fəaliyyət göstərən diplomatik heyətinin bir hissəsini geri çağırmaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Park Du-sun bildirib ki, Ukrayna tərəfinin səfirin geri çağırılmasından sonra belə konstruktiv cavab verməməsi və ölkədə hava hücumları təhlükəsinin yaratdığı təhlükəsizlik narahatlıqları bu qərarın qəbul edilməsinə səbəb olub.
Nazirlikdən bildirilib ki, iki ölkə arasında zəruri əlaqələr diplomatik kanallar vasitəsilə davam etdiriləcək. Bu prosesdə müvəqqəti işlər vəkili əsas rol oynayacaq.
Park Du-sun əlavə edib ki, konsulluq idarələri və şöbələrinin əməkdaşları Cənubi Koreya vətəndaşlarına yardım göstərməyə davam edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31