Avropa İttifaqı Gürcüstandakı məhkəmə prosesləri və həbslərdən narahatdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının mətbuat katibi Kristian Viqand bəyan edib ki, Avropa İttifaqı Gürcüstan Konstitusiya Məhkəməsində beş əsas müxalifət partiyasının qadağan edilməsi ilə bağlı iddialara və son hadisələrə diqqətlə nəzarət edir. O bildirib ki, bu addımlar, son qanunvericilik dəyişiklikləri ilə yanaşı, məhkəmə sistemindən siyasi məqsədlərlə istifadə olunduğunu göstərir, bu da fundamental azadlıqları, ədalətli rəqabəti təhlükə altına atır.

Bundan əlavə, jurnalist Vaxo Sanayanın 30 günlük həbsinə münasibət bildirən Aİ nümayəndəsi "Gürcü arzusu" hakimiyyətinin müxalifəti, jurnalistləri və fəalları sıxışdırmaq cəhdlərini kəskin pisləyib. O, ölkə rəhbərliyini həm vətəndaş cəmiyyəti məkanını məhdudlaşdıran repressiv qanunvericiliyi ləğv etməyə, həm də qanunsuz saxlanılan şəxsləri dərhal azadlığa buraxmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31