Yəhudilər Fələstində 25 evə basqın edib
13 Fevral 2019 12:15 DünyaYəhudi məskunlaşmaçılar, işğal altındakı Qərb Şəriyənin El-Xəlil şəhərində fələstinlilərə aid bir çox evlərə hücum edib.
Olaylar.az bildirir ki, fələstinli fəallardan İsa Amr, AA müxbirinə verdiyi açıqlamada, bir qrup yəhudi məskunlaşmaçılarının, işğal altındakı Qərb Şəriyənin El-Xəlil şəhərinin müxtəlif bölgələrində fələstinlilərə aid təxminən 25 evə basqın etdiyini deyib.
Amr, mühacirlərin bəzi evlərə daş ataraq zərər verdiyini, bəzi evləri də qəsb etməyə cəhd etdiyini bildirib.
İsrail mətbuatına görə, işğal altındakı Qərb Şəriyədə olan qeyri-qanuni yəhudi məskunlaşma vahidlərində yaşayan mühacirlər, keçən il fələstinlilərə qarşı 482 hücum təşkil edib.
Qeyd edək ki, İsrailin 1967-ci ildəki müharibədən sonra işğal etdiyi Qərb Şəriyədə təxminən 250 qeyri-qanuni yəhudi məskunlaşma məntəqəsi var. Bu məskunlaşma məntəqələrində 600 mindən çox yəhudi yerləşimçi yaşayır.