Dünya

İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb

21 Fevral 2019 10:43

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Amma “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.

III Dünya Müharibəsi bu bölgədən başlaya bilər - Çin ABŞ-a meydan oxudu - FOTO

21 Fevral 2019 10:32

Çinin Tacikistanın Bədəxşan bölgəsində gizli hərbi baza qurması Tacikistan, Əfqanıstan və Çin üçbucağında yerləşən strateji Vəkxan korridoruna nəzarəti ələ keçirməsi zərurətindən irəli gəlir. Dünyanın ən ucqar məkanlarından Cənub-şərqi Asiyanın “tavanı” olan Vəkxan korridorunda iki supergüc – Çin və ABŞ qarşı-qarşıya gəlib. Vaşinqtonun Pekin hökumətinin bütün Avrasiyanı ehtiva edən “Tək qurşaq, tək yol” layihəsinin qarşısını almaq üçün ortaya qoyduğu strategiya çərçivəsində İraq və Suriyadakı İŞİD terror təşkilatını Əfqanıstanın içərisinə və Fərqanə vadisinə doğru çəkməyə başlayıb. Pekin də bu addıma cavab olaraq Əfqanıstanda gizli hərbi baza qurub. Amerika mətbuatı bu bazanın ən 3 ildir ki, fəaliyyət göstərdiyini iddia edir.

İki nəfər edam edildi

20 Fevral 2019 17:57