İki nəfər edam edildi
20 Fevral 2019 17:57 Dünyaİranda qəsdən adam öldürməkdə ittiham olunaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib.
Edamlar Sistan-Bəlucistan əyalətinin Zahidan və İranşəhr şəhərlərində həyata keçirilib.
Məlumata görə, 4 il əvvəl naməlum səbəbə görə qətl törədən məhkum Rza Sarani Zahidan şəhər həbsxanasında dara çəkilib.
Həmçinin eyni ittihamla edama məhkum edilmiş digər məhkum, 25 yaşlı Milad Dürzadə isə İranşəhr həbsxanasında dar ağacından asılıb.
Edam edilən şəxslərin məhkəmə prosesi haqda məlumat verilməyib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31