Tramp Livan Prezidenti və İsrail Baş nazirini Ağ Evə dəvət edib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Ağ Evə dəvət edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb.

O bildirib ki, dəvətin məqsədi 1983-cü ildən bəri İsrail və Livan arasında baş tutacaq ilk danışıqlara vasitəçilik etməkdir: "Hər iki tərəf sülh görmək istəyir və inanıram ki, bu, tezliklə baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31