Netanyahu Livanda atəşkəslə bağlı təhlükəsizlik kabinetinin iclasını çağırdı

İsrailin Baş naziri Binyamin Netanyahu Livanda atəşkəsi müzakirə etmək üçün İsrail hökumətinin əsas nazirlərinin də daxil olduğu Təhlükəsizlik Kabinetinin təcili onlay iclasını çağırıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Ynet" saytı məlumat yayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı. O, Livan Prezidenti Cozef Aun və Netanyahu ilə telefonla danışdığını və onlar 10 günlük atəşkəsin gecə saat 01:00-da qüvvəyə minəcəyi barədə razılığa gəldikləri barədə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31